|
|
|
|
«MDB ölkələrinin qanunvericiliyi» İnformasiya-hüquq sistemi (İHS) |
«MDB ölkələrinin qanunvericiliyi» İnformasiya-hüquq sistemi (İHS) öz axtarış sistemi
olan məlumat bazasıdır və hər biri keçmiş SSRİ respublikalarından birini: Azərbaycan,
Belorus, Ermənistan, Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya,
Tacikistan, Türkmənistan, Ukraynanı təmsil edən milli bloklardan, həmçinin «Beynəlxalq
münasibətlər» blokundan ibarətdir. Bu bloka MDB ölkələrinin iştirakı ilə iki- və
çoxtərəfli münasibətlər çərçivəsində qəbul olunmuş sənədlər daxildir. İHS yayılması
istifadəçinin kompüterində quraşdırılması üçün kompakt-disklərdə, yaxud «SoyuzPravoİnform»
hüquq serverinə On-line rejimində daxil olmaq yolu ilə həyata keçirilir.
İHS tərkibinə qüvvədə olan, ən maraqlı və vacib olan, qanunvericiliyin əsas bölmələri
barədə hərtərəfli informasiya verən sənədlər rus dilində daxil edilmişdir.
Milli bloklar aşağıdakı mövzu bölmələrinin sənədlərini özündə birləşdirir:
- Dövlət quruluşunun əsasları
- Mülki qanunvericilik
- Büdcə, vergi, valyuta, bank qanunvericiliyi
- Gömrük işi. Xarici-iqtisadi fəaliyyət
- Təsərrüfat və sahibkarlıq fəaliyyəti barədə qanunvericilik
- Fəaliyyətin ayrı-ayrı sahələri barədə qanunvericilik
- Torpaq, təbii ehtiyatlar və təbiətin mühafizəsi barədə qanunvericilik
- Sosial qanunvericilik. Təhsil. Elm. Mədəniyyət. İdman. Turizm.
- İnformasiya. Məlumatlandırma
- Arbitraj qanunvericiliyi
- İnzibati məsuliyyət barədə qanunvericilik
- Cinayət hüququ. Cəzaların icrası
- Ədalət
- Prokurorluq. Ədliyyə orqanları. Notariat. Vəkillik. Hüquqi yardım
- Müdafiə, dövlət təhlükəsizliyi, ictimai asayişin qorunması barədə qanunvericilik
- Beynəlxalq hüquq. Beynəlxalq münasibətlər
«Beynəlxalq münasibətlər» bloku aşağıdakı mövzu bölmələrinin sənədlərini özündə
birləşdirir:
- MDB ölkələri arasında əməkdaşlıq
- Müstəqil Dövlətlər Birliyi (MDB)
- Gömrük ittifaqı
- Avrasiya İqtisadi Birliyi
- İttifaq dövləti (Belorus və Rusiya İttifaqı)
- Şanxay əməkdaşlıq təşkilatı
- Mərkəzi Asiya birliyi
- Kollektiv təhlükəsizlik barədə müqavilə təşkilatı
İnformasiya mənbələri
Məlumat bankının formalaşdırılması üçün əsas informasiya mənbəyi müvafiq ölkənin
qanunvericiliyi üzrə milli məlumat bazasını buraxan şirkətlər və təşkilatlar hesab
edilir. Normativ-hüquqi informasiyanın emitent təşkilatları – parlamentlər və digər
dövlət orqanları, çap və normativ informasiyanın rəsmi nəşrinin digər vasitələri
əlavə mənbə hesab edilir.
Yenilənmə
Müştərilərdə quraşdırılmış İHS-in yenilənməsi İnternet vasitəsilə hər həftə həyata
keçirilir.
Məlumat bazasının formalaşdırılması
Normativ-hüquqi sənədlər tətbiqi klassifikatora əsasən seçilir və qeyd olunan hüquq
sahəsini ətraflı şərh edir. Sənədlər daxil olduqca və emal edildikcə əlavə olunur.
Sənədlərin əsas hissəsi elektron şəkildə daxil olur. Sənədlərin çap variantı informasiya
hüquq sisteminin olmadığı ölkələrdən daxil olur. Hər bir milli bölmədə sənədlərin
ümumi sayı 200–1500 təşkil edir.
İHS-də yalnız qüvvədə olan sənədlər yerləşdirilir. Sənəd qüvvədən düşərsə, o, arxivə
yerləşdirilir. Hər bir sənəd dərc edilmə və onun daxil olduğu mənbə barədə məlumata
malikdir. İHS ilə işləmək üçün əsas sözlərin sorğusu formalaşdırılır. Əsas sözlər
sənədə və ya onun hissəsinə mənasına görə verilir. Sorğuya, lazım gəldikcə, yeni
əsas sözlər əlavə olunur.
Sənəd barədə informasiyada aşağıdakı rekvizitlər qeyd olunur: tam adı, sənədin növü,
qəbul etmiş orqan, qəbul tarixi, sənədin nömrəsi. Əlavə olaraq, sənədin və ya onun
hissəsinin qüvvəyə minməsi barədə informasiya təqdim edilə bilər (əgər o, məlumdursa).
Əgər sənəd Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdirsə, onda qeydiyyat tarixi
və qeydiyyat nömrəsi qeyd olunur.
İstifadəçilərin rahatlığı və rekvizitlər üzrə axtarışın universallığının təmin edilməsi
üçün sənədi qəbul etmiş orqan qısaldılmış şəkildə qeyd olunur, məsələn: «Parlament»,
«Prezident», «Hökumət» və «digər dövlət hakimiyyəti orqanları», belə ki, bu orqanların
adları müxtəlif dövlətlərdə müxtəlifdir. Qəbul etmiş orqanların tam adını sənədin
mətnindən oxumaq mümkündür.
Sənədin nömrəsi bütün fərqləndirici xüsusiyyətlər saxlanılmaqla qeyd olunur.
Sənədin qəbul edilmə tarixində sənədin qəbul olunduğu gün, ay və il qeyd olunur.
Dərc edilmə – sənədin dərc edildiyi yer (nəşrin növü, tarixi və nömrəsi) və hazırki
sənədin alındığı mənbə qeyd olunur, məsələn: «Qırğızıstan Hüquq Ensiklopediyası»
İnformasiya-hüquq sistemi. Sənəd barədə məlumatda sənədin klassifikatorun hansı
bölməsində yerləşdirilməsi, əsas sözlərin siyahısı, digər sənədlərə istinadların
siyahısı qeyd olunur.
Klassifikator
Bütün bloklar normativ-hüquqi aktların vahid klassifikatoru əsasında qurulmuşdur.
Klassifikator 16 bölmədən və 1-dən 3-dək səviyyəli bəndlərdən ibarətdir. Mövzular
üzrə ətraflı bölüşdürmə maraqlandıran məsələlər üzrə sənədləri asan seçib-ayırmağa
imkan verir. Klassifikator universal tətbiqi xarakterə malikdir, yəni, bura qeyd
olunan ölkələrdən hər biri üçün tətbiq olunan qanunvericiliyin bütün əsas bölmələri
daxil edilmişdir.
İstinadlar
Sənədlərdə çox vaxt digər normativ aktlara və cari sənədin bölmələrinə istinadlara
rast gəlinir. Məlumat bazasında hiper-mətn sistemindən istifadə olunur ki, bu da,
həmin istinadlar üzrə ani keçidə imkan yaradır. Sənədin mətnində xarici istinadlar
göy, daxili istinadlar isə qırmızı rəngdə verilmişdir.
Mündəricat
Mündəricat böyük sənədlər üçün tərtib olunur. Bu lazımi maddənin və ya bölmənin
rahat və tez tapılması üçün edilmişdir.
Sənədlərin axtarışı
Məlumat bazasının strukturu istifadəçilərə üç əsas üsul ilə (və ya onlardan qarşılıqlı
istifadə etməklə) sənədlərin axtarışını yerinə yetirməyə imkan yaradır: klassifikator
üzrə axtarış, əsas sözə görə axtarış və rekvizitlərə görə axtarış. Rekvizitlər üzrə
axtarış özündə kontekst axtarışı birləşdirir və istənilən digər axtarış növü ilə
birlikdə istifadə oluna bilər.
İnformasiya-Hüquq Sistemi barədə bütün məsələlərə dair Azərbaycan Respublikasındakı
rəsmi tərəfdaşımıza aşağıdakı ünvan üzrə müraciət edə bilərsiniz:
«VneşEkspertServis» LLC
Azərbaycan Respublikası, Bakı ş., AZ1073, İnşaatçılar
pr., 3
Tel.: (99412) 492 92 77
Faks: (99412) 492 92 88
E-Mail:
www.VneshExpertService.com
|
Nümayiş versiyanın sifariş forması
|
 |
|
|
|
Sifariş formasını doldurmaqla, Siz İnformasiya-Hüquq Sisteminin nümayiş versiyasını
pulsuz sifariş edə bilərsiniz. |
|
Bütün xanalar mütləq doldurulmalıdır: |
|
Təşkilatın adı |
|
|
Fəaliyyət sahəsi |
|
|
Əlaqə şəxsinin S.A.A. |
|
|
Tutduğu vəzifə |
|
|
Əlaqə telefonu |
|
|
Faks |
|
|
E-mail |
|
|
Poçt ünvanı |
|
|
Kod |

|
|
|
|
|
|
|
|
|
|