AZ EN RU |  
Skip Navigation Links
KOMPANİYA
QANUNVERİCİLİK
İSTİFADƏÇİYƏ
CD QANUNVERİCİLİK
BU MARAQLIDIR
İNFORMER
 

2000-ci il İnkoterms
Ticarət Terminləri Təfsirinin
Beynəlxalq Qaydaları

Giriş

 

1. İNKOTERMSİN TƏTBİQ EDİLMƏSİNİN MƏQSƏDLƏRİ VƏ SAHƏLƏRİ

İnkotermsin məqsədi – xarici ticarət sahəsində daha geniş istifadə olunan ticarət terminlərinin təfsirinə dair beynəlxalq qaydalar komplektinin təmin edilməsi sayılır. Beləliklə, müxtəlif ölkələrdə belə terminlərin fərqli təfsirindən qaçmaq və ya ən azı, qeyri-müəyyənliyi əhəmiyyətli dərəcədə azaltmaq olar.

Çox vaxt, müqavilə bağlayan tərəflər müvafiq ölkələrdə ticarətin aparılmasının müxtəlif təcrübələri ilə tanış deyillər. Bu, anlaşılmazlıqlara, fikir ayrılıqlarına və boş vaxt və pul sərfi ilə nəticələnən məhkəmə araşdırmalarına səbəb ola bilər. Bütün bu problemlərin həll edilməsi üçün Beynəlxalq ticarət palatası ilk dəfə 1936-cı ildə ticarət terminlərinin dəqiq təyin olunması üçün belnəlxalq qaydalar külliyyatını dərc etdirmişdir. Bu qaydalar «İnkoterms 1936» kimi tanınır. Bu qaydaların müasir beynəlxalq ticarət təcrübəsinə uyğun aparılması üçün sonradan 1953, 1967, 1976, 1980, 1990 və indiki vaxtda 2000-ci ildə düzəlişlər və əlavələr edilmişdir.

Qeyd etmək lazımdır ki, İnkotermsin təsir dairəsi satılmış malların (burada, «mallar» sözü – kompüter-proqram təminatı kimi «qeyri-maddi mallar» istisna edilməklə, «maddi malları» nəzərdə tutur) göndərişinə münasibətdə alqı-satqı müqaviləsi tərəflərinin hüquq və vəzifələrilə bağlı məsələlər ilə məhdudlaşır.

Təcrübədə İnkotermsin düzgün başa düşülməməsinin iki variantına daha çox rast gəlinir: birincisi, İnkoterms alqı-satqı müqaviləsinə deyil, daha çox daşınma müqaviləsinə aiddir; ikincisi, onlar, tərəflərin müqaviləyə daxil etmək istədikləri bütün vəzifələri əhatə etməlidir.

Həmişə olduğu kimi, Beynəlxalq ticarət palatası tərəfindən qeyd olunur ki, İnkotermsin yalnız alqı-satqı müqavilələri çərçivəsində satıcı və alıcı arasındakı münasibətlər ilə, bundan əlavə, yalnız müəyyən aspektlərdə, əlaqəsi vardır.

İxracçı və idxalçı tərəfindən beynəlxalq satış sövdələşmələrinin həyata keçirilməsi üçün yalnız alqı-satqı müqaviləsi deyil, həm də daşınma, sığorta və maliyyələşmə müxtəlif müqavilələri arasındakı faktiki münasibətləri nəzərə almaq vacib olduğu halda, İnkoterms bu müqavilələrdən yalnız birinə, daha doğrusu, alqı-satqı müqaviləsinə aiddir.

Bununla belə, tərəflərin müəyyən terminlərdən istifadə etmək razılığı bütün digər müqavilələr üçün də əhəmiyyətə malikdir. Bir neçə nümunə gətirək: CFR və ya CIF şərtləri ilə razılaşan satıcı dəniz nəqliyyatından başqa, heç bir digər nəqliyyat növü vasitəsi ilə müqaviləni yerinə yetirə bilməz, çünki, bu şərtlərə əsasən, o, alıcıya konosament və ya digər dəniz nəqliyyat sənədini təqdim etməlidir ki, bu da, digər nəqliyyat növlərindən istifadə zamanı mümkün deyildir. Bundan başqa, sənədli kreditə müvafiq olaraq, lazımi sənəd mütləq istifadə olunacaq nəqliyyat vasitəsindən asılı olacaqdır.

İkincisi, İnkoterms tərəflərin bəzi müəyyən vəzifələri ilə – məsələn, malın satıcı tərəfindən alıcının sərəncamına verilməsi və ya daşınma üçün ona təqdim edilməsi və ya onun təyinat məntəqəsinə çatdırılması vəzifəsi – və bu hallarda tərəflər arasında risklərin bölüşdürülməsi ilə məşğul olur.

Daha sonra, onlar, idxal və ixrac üçün malın rəsmiləşdirilməsi, malın qablaşdırılması vəzifələri, alıcının göndərişi qəbul etmək vəzifəsi, həmçinin müvafiq öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsinin təsdiq edilməsinin təqdim olunması vəzifəsi ilə bağlıdır. Baxmayaraq ki, İnkoterms alqı-satqı müqaviləsinin həyata keçirilməsi üçün çox vacibdir, belə müqavilədə meydana çıxan çox saylı problemlərə, məsələn, sahiblik hüququnun, digər mülkiyyət hüquqlarının verilməsi, razılaşmanın pozulması və belə pozuntuların nəticələri, həmçinin müəyyən vəziyyətlərdə məsuliyyətdən azad etmə hallarına ümumiyyətlə baxılmır. Qeyd etmək lazımdır ki, İnkoterms – ya normativ şərtlərin daxil edilməsi, ya da fərdi şəkildə razılaşdırılmış şərtlər vasitəsilə tam alqı-satqı müqaviləsi üçün vacib olan müqavilə şərtlərinin əvəz olunması üçün nəzərdə tutulmamışdır.

İnkoterms müqavilənin pozulmasının nəticələri və müxtəlif maneələr nəticəsində məsuliyyətdən azad edilmə ilə ümumiyyətlə məşğul olmur. Bu məsələlər alqı-satqı müqaviləsinin digər şərtləri və müvafiq qanunlar ilə həll olunmalıdır.

Əvvəldən İnkoterms həmişə, milli sərhədlərdən keçməklə, malların göndərişi üçün satıldığı hallarda istifadə olunması üçün nəzərdə tutulmuşdur: beləliklə, bu, beynəlxalq ticarət terminləridir. Lakin, təcrübədə İnkoterms çox vaxt, müstəsna olaraq, daxili bazar hüdudlarında malların çatdırılması üçün müqavilələrə daxil edilir. İnkotermsdən bu şəkildə istifadə olunduğu hallarda, A.2. və B.2 maddələri və digər maddələrin ixraca və idxala dair istənilən şərtləri, əlbəttə ki, artıq olur.

2. NƏ ÜÇÜN İNKOTERMSƏ YENİDƏN BAXILIR?

İnkotermsin ardıcıl redaksiyalarının əsas səbəbi onların müasir kommersiya təcrübəsinə uyğunlaşdırılması lüzumu olmuşdur. Məsələn, 1980-ci ildə yenidən baxılma zamanı «Franko daşıyıcı» termini (indi FCA), dəniz ticarəti zamanı malın qəbul məntəqəsi ənənəvi FOB (gəminin məhəccərlərindən keçməklə) məntəqəsi deyil, dəniz vasitəsilə və ya müxtəlif nəqliyyat növlərinin kombinasiyaları (qarışıq və ya multimodal daşınma adlandırılan) ilə malın sonrakı nəqli üçün konteynerə qoyulduğu gəminin bortuna yüklənməsindən əvvəl sahildəki məntəqənin sayıldığı xüsusi hallara baxılması üçün daxil edilmişdir.

Daha sonra, 1990-cı ildə İnkotermsə yenidən baxıldığı zaman, mal göndərişinin təsdiqinin göndərilməsi ilə bağlı satıcının vəzifəsinə dair maddələri, tərəflər elektron poçtu vasitəsilə ünsiyyətin həyata keçirilməsi barədə əvvəlcədən razılaşarlarsa, kağız sənədləşmələri EDI-bildirişlər ilə əvəz etmək imkanı verdi. İnkotermsin praktik mövcudluğunun yüngülləşdirilməsi məqsədi ilə onların tərtib olunması və təqdim edilməsinin təkmilləşdirilməsi ilə bağlı daim səylər göstərilməsi barədə danışmağa lüzum yoxdur.

3. İNKOTERMS 2000

Təxminən iki il çəkən redaktə etmə prosesi ərzində, Beynəlxalq ticarət palatası, öz baxışlarını və münasibətlərini növbəti layihəyə bildirmələri üçün, Beynəlxalq ticarət palatasının işləməsinə himayəçilik edən milli komitələrdə müxtəlif sektorlarla təmsil olunan dünya ticarəti işçilərinin geniş dairəsini cəlb etməyə çalışmışdır. Sözün əsl mənasında, bu prosesin bütün dünyadakı istifadəçilər tərəfindən İnkotermsin istənilən ötən redaksiyalarına nisbətən daha çox rəy alması xoş təəssürat yaradır. Bu dialoqun nəticəsində, ilk baxışda İnkoterms 1990 ilə müqayisədə cüzi sayda dəyişikliklər edilmiş İnkoterms 2000 meydana gəlmişdir. Lakin, aydındır ki, indi inkoterms bütün dünyada tanınır və buna görə də, Beynəlxalq ticarət palatası bu tanınmanı möhkəmlətmək və dəyişikliklər xətrinə dəyişikliklərdən qaçmaq qərarına gəlmişdir. Digər tərəfdən, ticarət təcrübələrinin İnkoterms 2000-də istifadə edilən xülasələrlə aydın və dəqiq əks olunmasının təmin edilməsi üçün əhəmiyyətli səylər göstərilmişdir. Bundan başqa, əhəmiyyətli dəyişikliklər aşağıdakı iki sahədə edilmişdir:

    • FAS və DEQ terminlərinə əsasən gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi;
    • FCA termininə əsasən yükləmə və boşaltma üzrə vəzifələr.

Bütün əhəmiyyətli və rəsmi dəyişikliklər İnkoterms istifadəçiləri arasında ciddi araşdırmalar əsasında aparılmışdır. Əsas fikir İnkoterms istifadəçiləri üçün əlavə xidmət qismində təşkil olunmuş İnkoterms Eskpertləri Qrupu tərəfindən 1990-cı ildən etibarən alınan sorğulara ayrılmışdır.

4. İNKOTERMSİN ALQI-SATQI MÜQAVİLƏSİNƏ DAXİL EDİLMƏSİ

Vaxtaşırı olaraq İnkotermsə edilən dəyişikliklər nəzərə alınmaqla, tərəflər öz alqı-satqı müqavilələrinə İnkotermsi daxil etmək niyyətində olduqları hər bir halda həmişə cari vaxtda qüvvədə olan İnkoterms variantına dəqiq istinad edilməsinin təmin olunması vacibdir. Buna, məsələn, tacirlər tərəfindən istifadə olunan standart formalı müqavilələrdə və ya blanklarda daha əvvəlki variantlara istinadlar edilən zaman asanlıqla əhəmiyyət verməmək mümkündür. Cari varianta istinadın olmaması sonradan tərəflərin, onların müqavilələrinin tərkib hissəsi kimi, cari variantı və ya daha əvvəlki variantı daxil etmək niyyətlərinin olmasına dair fikir ayrılıqlarına səbəb ola bilər. İnkoterms 2000-dən istifadə etmək niyyətində olan tacirlər alqı-satqı müqaviləsində «İnkoterms 2000»-ə əsaslandıqlarını dəqiq qeyd etməlidirlər.

5. İNKOTERMSİN STRUKTURU

İnkoterms 1990-da şərtlər, rahat anlaşılması üçün, bir-birindən əhəmiyyətli surətdə fərqlənən dörd kateqoriyada qruplaşdırılmışdır: satıcı malı alıcıya yalnız öz ərazisində təqdim etməsi terminindən başlayaraq («E» - termin - EX WORKS); sonra, satıcı malı alıcı tərəfindən təyin edilmiş daşıyıcıya təqdim etməli olduğu ikinci qrup («F» - terminlər - FCA, FAS və FOB); daha sonra, satıcının daşınma müqaviləsini bağlamalı olduğu, lakin malın itməsi və ya korlanması ilə bağlı riskləri və yükləmə və göndərmədən sonra meydana çıxan hadisələr nəticəsində yaranan əlavə xərcləri öz üzərinə götürmədiyi «C» terminləri (CFR, CIF, CPT və CIP); və nəhayət, təyinat ölkəsinə malın çatdırılması üçün lazım olan bütün xərcləri və riskləri satıcının daşıdığı «D» (DAF, DES, DEQ, DDU və DDP) terminləri gəlir. Aşağıdakı cədvəl ticarət terminlərinin təsnifatını təqdim edir.

İNKOTERMS 2000

E qrupu. Göndərmə

EXW

Zavoddan (... yerin adı)

F qrupu. Əsas daşınma ödənilməmişdir

FCA

Franko daşıyıcı (... təyinat yerinin adı)

FAS

Gəminin bortu boyunca sərbəst (... yükləmə limanının adı)

FOB

Sərbəst gəmi bortunda (... yükləmə limanının adı)

C qrupu. Əsas daşınma ödənilmişdir

CFR

Dəyər və icarə (... təyinat limanının adı)

CIF

Dəyər, sığorta və icarə (...təyinat limanının adı)

CPT

Daşınma (... təyinat yerinin adı) qədər ödənilib

CIP

Daşınma və sığorta (... təyinat yerinin adı) qədər ödənilib

D qrupu Gətirilmə

DAF

Sərhədə qədər göndəriş (... göndəriş yerinin adı)

DES

Gəmidən göndəriş (...təyinat limanının adı)

DEQ

Yanalma körpüsündən göndəriş (...təyinat limanının adı)

DDU

Rüsum ödənilmədən göndəriş (... təyinat yerinin adı)

DDP

Rüsum ödənilməklə göndəriş (... təyinat yerinin adı)

Sonra, İnkoterms 1990-da olduğu kimi, bütün terminlərin altında tərəflərin müvafiq vəzifələri hər maddədə satıcı tərəfindən hazırki məsələyə nisbətən alıcının vəziyyətini əks etdirən maddələr altında qruplarda birləşdirilmişdir.

6. TERMİNOLOGİYA

İnkoterms 2000 işlənilən zaman, on üç terminlərdə istifadə olunan müxtəlif ifadələrə münasibətdə maksimum mümkün və arzu olunan razılaşmalara nail olmaq üçün əhəmiyyətli səy göstərilmişdir. Beləliklə, eyni mənanın ifadə edilməsi üçün müxtəlif xülasələrdən istifadə olunmasından qaçmaq mümkün olmuşdur. Bundan başqa, imkan daxilində Malların beynəlxalq satışı üzrə müqavilələr barədə BMT Konvensiyasında tətbiq edilmiş ifadələrdən istifadə olunmuşdur.

«yük göndərən»

Bəzi hallarda, iki müxtəlif mənanın ifadə olunması üçün, uyğun alternativlərin olmaması səbəbindən, eyni termindən istifadə etmək zərurəti yaranmışdı. Ticarət işçiləri həm alqı-satqı müqaviləsinə, həm də daşınma müqaviləsinə tətbiq edilən bu çətinliklə tanışdırlar. Məsələn, «yük göndərən» (shipper) termini həm malı daşınma üçün verən şəxsi, həm də daşıyıcı ilə müqavilə bağlayan şəxsi bildirir: lakin bu iki «yük göndərən», məsələn, satıcının daşınma üçün malı verdiyi, alıcının isə daşıyıcı ilə müqavilə bağladığı FOB terminli müqaviləyə əsasən, ayrı-ayrı şəxslər ola bilərlər.

«göndəriş»

Xüsusi olaraq qeyd etmək lazımdır ki, «göndəriş» termini İnkotermsdə iki müxtəlif mənalarda istifadə olunur. Birincisi, o, alıcı tərəfindən İnkotermsin A.4 maddələrində müəyyən edilmiş göndəriş üzrə öz vəzifələrini yerinə yetirdiyi anın müəyyən edilməsi üçün istifadə olunur. İkincisi, «göndəriş» termini, həmçinin alıcının İnkoterms toplusunun B.4 maddələrində müşahidə olunan malın göndərişini qəbul etmək və ya almaq öhdəliyində tətbiq edilməklə istifadə olunur. Bu ikinci halda istifadə olunan zaman «göndəriş» sözü bildirir ki, birincisi, alıcı «C» terminlərinin mahiyyətini «qəbul edir», daha doğrusu, satıcı malların yüklənməsi üzrə öz vəzifələrini yerinə yetirir və ikincisi, alıcı malı qəbul etməlidir. Bu sonuncu vəzifə alıcı malı alıb-götürdüyü anına qədər malın saxlanmasına görə lüzumsuz ödənişlərdən qaçmaqdan ötrü vacibdir. Beləliklə, CFR və CIF terminlərinə müvafiq olaraq, alıcı göndərilən malları qəbul etməli və onları daşıyıcıdan almalıdır. Əgər alıcı bu öhdəliyi yerinə yetirməzsə, o, daşıyıcı ilə daşınma müqaviləsini bağlamış satıcıya itkiləri ödəməli ola bilər, yaxud da alıcı, daşıyıcı tərəfindən ona malların verilməsi üçün boşdayanmaları ödəməli olacaqdır. Bu halda, alıcı «göndərişi qəbul etməlidir» deyilərkən, bu, alıcının malı alqı-satqı müqaviləsini təmin etməsi faktı kimi deyil, satıcının, «C» terminlərinin A.3.a) maddəsinin şərtlərinə müvafiq olaraq, onun bağlamalı olduğu daşınma müqaviləsinə müvafiq olaraq, daşınma üçün malı çatdırmaqla bağlı öz öhdəliyini yerinə yetirməsi faktı kimi qəbul etməsini bildirir. Beləliklə, əgər təyinat məntəqəsində malı qəbul etdikdən sonra alıcı aşkar edərsə ki, mal alqı-satqı müqaviləsinin şərtlərini təmin etmir, o, satıcıya qarşı ona alqı-satqı müqaviləsi və müvafiq qanunla verilmiş istənilən tədbirləri istifadə edə bilər. Qeyd olunduğu kimi, bu məsələlər İnkotermsin təsir zonasından tamamilə kənardadır.

Tələb olunan yerdə, İnkoterms 2000-də müəyyən yerdə «malı alıcının sərəncamına təqdim etmək» ifadəsi tətbiq olunur. Bu ifadə Malların beynəlxalq satışı üzrə müqavilələr barədə BMT Konvensiyasında istifadə olunun «malı çatdırmaq» ifadəsində olduğu kimi eyni mənaya malikdir.

«adi»

«adi» sözünə bir neçə termində, məsələn, «Zavoddan» terminində çatdırılma vaxtına münasibətdə (A.4) və «C» terminlərində satıcının təqdim etməli olduğu sənədlərə münasibətdə və satıcının təmin etməli olduğu daşınma müqaviləsinə münasibətdə (A.8, A.3) rast gəlinir. Əlbəttə, «adi» sözünün dəqiq nə məna verdiyini söyləmək çətindir, lakin bir çox hallarda, ticarət işçilərinin adətən nə etdiklərini dəqiq müəyyən etmək mümkündür və bu zaman bu təcrübə təlimat ola bilər. Bu mənada, dünya təcrübəsi nöqteyi-nəzərindən deyil, vicdanlılığın və düzgünlüyün daha çətin prinsipinə münasibətdə qiymətləndirmə tələb edən «ağlabatan» sözünə nisbətən, «adi» sözü daha yararlıdır. Bəzi hallarda «ağlabatan» sözünün nə məna kəsb etdiyini həll etmək lazım ola bilər. Lakin, göstərilən səbəblərə əsasən, «adi» sözü bir çox hallarda «ağlabatan» sözünə nisbətən daha üstün sayılır.

«yığımlar»

İdxal üçün malların rəsmiləşdirilməsi vəzifəsinə nisbətən, malların idxalı zamanı ödənilməli olan «yığımlar» sözünün nə məna kəsb etməsini müəyyən etmək vacibdir. DDP termininə əsasən, İnkoterms 1990-nın A.6-cı maddəsində «malın ixracı və idxalı zamanı ödənilən rəsmi yığımlar» ifadəsindən istifadə olunmuşdur. Yığımların «rəsmi» olub-olmamasının təyin edilməsi zamanı «rəsmi» sözü qeyri-müəyyənlik yaratdığından bu söz İnkoterms 2000-də DDP termininin A.6-cı maddəsindən çıxarılmışdır. Bu sözün çıxarılması zamanı mənanın əhəmiyyətli dəyişməsi güman edilmirdi. Ödənilməli olan «yığımlar» yalnız idxal nəticəsində vacib sayılan və buna görə də idxalın müvafiq qaydalarına əsasən ödənilməli olan yığımlara aiddir. Malların rəsmiləşdirilməsi vəzifəsi ilə bağlı olmayan, saxlanc üçün yığımlar kimi idxal ilə əlaqədar fərdi tərəflər tərəfindən istənilən əlavə yığımlar bu yığımlara daxil deyildir. Lakin, bu vəzifəni daşımalı olan tərəf bu işi yerinə yetirməzsə, gömrük brokerləri və ya yük ekspeditorları bu vəzifəni yerinə yetirməsi nəticəsində bəzi xərclərə düşə bilər.

«limanlar», «yerlər», «məntəqələr» və «binalar»

Malın çatdırılmalı olduğu yerin göstərilməsinə münasibətdə İnkotermsdə müxtəlif terminlərdən istifadə olunur. Müstəsna olaraq malların dəniz vasitəsilə – FAS, FOB, CFR, CIF, DES və DEQ kimi – daşınması zamanı istifadə olunmaq üçün nəzərdə tutulan terminlərdə «yükləmə limanı» və «təyinat limanı» ifadələrindən istifadə olunmuşdur. Bütün digər hallarda «yer» sözündən istifadə olunur. Bəzi hallarda, limanın və ya yerin daxilində «məntəqənin» də göstərilməsi lazım gəlir, belə ki, satıcıya malın yalnız müəyyən rayona, məsələn şəhərə deyil, həm də malın bu şəhərin daxilində harada alıcının sərəncamına çatdırmalı olduğunu bilmək lazım gəlir. Satış müqavilələrində çox zaman belə məlumat olmur və buna görə də, İnkotermsdə nəzərdə tutulur: əgər razılaşdırılmış yerin daxilində konkret məntəqə razılaşdırılmamışdırsa və bir neçə belə məntəqə olduğu zaman, satıcı ona daha münasib məntəqəni özü seçə bilər (bax, məsələn, FCA termini maddə A.4). Çatdırılma məntəqəsi satıcının «yeri» sayıldığı zaman «satıcının binası» ifadəsindən istifadə olunmuşdur (FCA termini maddə A.4.).

«gəmi»

Dəniz vasitəsilə daşınma zamanı istifadə olunmaq üçün nəzərdə tutulan terminlərdə «gəmi» ifadəsi eyni məna kəsb edir. «Gəmi» sözünün özü ticarət termininə daxil olduğu halda, məsələn «Gəmi bortu boyunca sərbəst» (FAS) və «Gəmidən göndəriş» (DES) hallarında, onün mütləq istifadə olunması vacib deyildir. Həmçinin FOB terminində ənənəvi «gəminin məhəccərlərindən keçdikdə» ifadəsindən istifadə nəzərə alınmaqla, «gəmi» sözü bununla bağlı istifadə oluna bilər.

«yoxlama» və «baxış»

İnkoterms toplusunun A.9 və B.9 maddələrində «yoxlama – qablaşdırma – markalanma» və «mala baxış» başlıqlarından müvafiq olaraq istifadə olunmuşdur. Baxmayaraq ki, «yoxlama» və «baxış» sözləri təxminən sinonim sayılır, birinci sözdən A.4 maddəsinə müvafiq olaraq çatdırılma üzrə satıcının vəzifələrinə münasibətdə istifadə edilmiş və ikinci söz isə «boşaltmadan əvvəl baxış» yerinə yetirilən konkret hallar üçün saxlanılmışdır, belə ki, belə baxış adətən yalnız malın boşaldılmasından əvvəl malın müqavilənin şərtlərinə və ya rəsmi şərtlərə cavab verməsinə əmin olmaq üçün alıcıya və ya ixrac, yaxud idxal ölkəsinin hakimiyyət orqanlarına lazımdır.

7. GÖNDƏRİŞ ÜZRƏ SATICININ ÖHDƏLİKLƏRİ

İnkotermsdə əsas diqqət satıcının göndəriş üzrə öhdəliklərinə yönəlmişdir. Tərəflər uzunmüddətli ticarət münasibətlərinə malik olduqları zaman satıcı tərəfindən malın göndərişi ilə əlaqədar funksiyaların və xərclərin dəqiq bölüşdürülməsi problem yaratmır. Bununla belə, onlar öz aralarında, əvvəllər olduğu kimi, növbəti sövdələşmələrində də onların riayət etdikləri təcrübəni («ticarət münasibətləri xəttini») müəyyənləşdirirlər. Lakin yeni kommersiya münasibətlərinin qurulması və ya brokerlər vasitəsilə müqavilələr bağlanıldığı zaman – bu hal malların satışı zamanı çox yayılmışdır – hazırki alqı-satqı müqaviləsinin şərtlərini rəhbər tutmaq, İnkoterms 2000 bu müqaviləyə daxil edildiyi halda isə, onlardan irəli gələn funksiyaların, xərclərin və risklərin bölüşdürülməsindən istifadə etmək lazımdır.

Əlbəttə ki, malın çatdırılması ilə bağlı tərəflərin vəzifələrinin mümkün qədər ətraflı müəyyənləşdirilməsi faydalı olardı. İnkoterms 1990 ilə müqayisədə bu mənada bəzi konkret hallarda sonrakı səylər göstərilmişdir (bax., məsələn, FCA termini maddə A.4). Lakin FAS və FOB terminlərinin A.4 maddələrində ticarətdə olan adətlərə («limanın adətlərinə müvafiq olaraq») istinadlardan qaçmaq mümkün olmamışdır. Buna səbəb odur ki, məhz malın ədədlə ticarətində FAS və ya FOB terminlərinə əsasən müqavilələrdə daşınma üçün malın çatdırılmanın dəqiq üsulları müxtəlif dəniz limanlarında bir-birindən fərqlənir.

8. RİSKLƏRİN VƏ MAL İLƏ BAĞLI XƏRCLƏRİN KEÇİDİ

Malın itməsi və ya korlanması riski, həmçinin mal ilə bağlı xərclərin çəkilməsi öhdəliyi, satıcı mal göndərişi ilə bağlı öz öhdəliklərini yerinə yetirdiyi zaman, satıcıdan alıcıya keçir. Alıcı risklərin və xərclərin keçidini təxirə salmaq hüququna malik olmadığından, bütün şərtlər nəzərdə tutur ki, əgər alıcı razılaşmaya müvafiq olaraq çatdırılmanı qəbul etməsə və ya malın göndərişi üzrə satıcıya öz öhdəliklərini yerinə yetirməsi üçün tələb oluna bilən təlimatları (yükləmə vaxtına və/yaxud göndəriş yerinə münasibətdə) verməsə də, risklərin və xərclərin keçidi mövcud ola bilər. Risklərin və xərclərin keçidini qabaqlamaq üçün lazımi şərt malın alıcı üçün identifikasiya edilmiş və ya şərtlərdə nəzərdə tutulduğu kimi, onun üçün sözsüz xüsusiləşmiş (müqaviləyə uyğunluq) kimi təyin edilməsi sayılır.

Bu tələb EXW termininə əsasən xüsusilə vacib sayılır, belə ki, bütün digər şərtlər zamanı, malın yüklənməsi və ya göndərilməsi («F» və «C» terminləri) və ya malın təyinat yerinə çatdırılması («D» terminləri) üçün tədbirlər görüldükdə, mal adətən alıcı üçün identifikasiya edilmiş kimi müəyyən olunur. Lakin müstəsna hallarda mal satıcı tərəfindən hər bir alıcı üçün miqdarı dəqiq təyin olunmadan, qablaşdırılmamış halda göndərilə bilər. Belə halda, mal yuxarıda qeyd olunduğu şəkildə identifikasiya olunmayana qədər risklərin və xərclərin ötürülməsi baş verməyəcəkdir (həmçinin, «Malların beynəlxalq daşınması müqavilələri barədə» 1980-ci il BMT Konvensiyasının 69.3-cü Bəndi ilə müqayisə edin).

9. TERMİNLƏR

9.1 «E» termini satıcının üzərinə minimal öhdəliklər qoyur: satıcı yalnız malı razılaşdırılmış yerdə – adətən satıcının öz binasında – alıcının sərəncamına təqdim etməlidir. Digər tərəfdən, təcrübədə real olaraq baş verdiyi kimi, satıcı malı alıcı tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinə yüklənməkdə alıcıya yardım göstərir. Əgər satıcının öhdəlikləri genişləndirilib yükləməni özündə birəşdirsəydi, EXW terminin daha yaxşı əks olunacağına baxmayaraq, lakin EXW terminin şərtlərinə müvafiq olaraq satıcının minimal öhdəliklərinə dair ənənəvi prinsipini saxlamaq qərara alınmışdır, belə ki, satıcı malın yüklənməsinə münasibətdə heç bir öhdəlik qəbul etmək istəmədiyi hallarda onlardan istifadə oluna bilsin. Əgər alıcı istəyirsə ki, satıcı çox şey etsin, bu alqı-satqı müqaviləsində şərtləşdirilməlidir.

9.2 «F» terminləri, alıcının təlimatlarına müvafiq olaraq, satıcının malı daşınma üçün çatdırması nəzərdə tutulur. FCA termininə əsasən tərəflərin göndərişi həyata keçirmək niyyətində olduqları məntəqə bu termin ilə bağlanılmış müqavilədə rast gəlinə bilən şəraitlərin müxtəlifliyinin genişliyinə görə çətinlik yaradırdı. Belə ki, mal satıcının binasından götürülməsi üçün alıcı tərəfindən göndərilmiş nəqliyyat vasitəsinə yüklənə bilər; digər halda, malın alıcı tərəfindən adı çəkilən terminala çatdırılması üçün satıcı tərəfindən göndərilmiş nəqliyyat vasitəsindən boşaldılmağa ehtiyacı ola bilər. İnkoterms 2000, əgər çatdırılma yeri qismində müqavilədə adı çəkilən yer satıcının binası sayıldığı halda, mal alıcının nəqliyyat vasitəsinə yükləndiyi zaman göndəriş başa çatmış hesab edilir, digər halda isə mal satıcının nəqliyyat vasitəsindən boşaldılmadan alıcının sərəncamına təqdim edildiyi zaman göndəriş başa çatmış hesab edilir halları şərtləşdirilməklə, bu variantları nəzərə alır. İnkoterms 1990-nın FCA terminindəki A.4 maddəsində müxtəlif növ nəqliyyat vasitəsi üçün göstərilən variantlar İnkoterms 2000-də təkrarlanmır.

Uzun-uzadı mübahisələrə baxmayaraq, CFR və CIF terminləri üzrə göndəriş məntəqəsi ilə üst-üstə düşməsinə baxmayaraq, FOB termininə müvafiq olaraq göndəriş məntəqəsi İnkoterms 2000-də dəyişdirilməmiş qalmışdır. FOB termininə əsasən «gəminin məhəccərlərindən keçməklə malın çatdırılması» indi bir çox hallarda uyğun gəlməyən kimi görünsə də, o, tacirlər tərəfindən başa düşülür və mal və yükləmə qurğularına malik kimi nəzərə alınmaqla tətbiq olunur. Belə hiss yaranırdı ki, FOB termininə əsasən göndəriş məntəqəsinin dəyişməsi adətən çarter-partiyalarla, xüsusən də, dəniz yolu vasitəsi ilə malların satışına münasibətdə lüzumsuz çaşqınlıqlar yarada bilər.

Təəssüf ki, FOB sözü bəzi tacirlər tərəfindən sadəcə istənilən göndəriş məntəqəsinin – məsələn, «FOB fabrik», «FOB zavod», «FOB satıcının zavodundan» və ya digər daxili məntəqələrin göstərilməsi üçün istifadə olunur. Bununla belə, Franko bort abbreviaturasının mənasına məhəl qoymurlar. «FOB» terminindən belə istifadə zamanı çaşqınlıq yaratmaq ənənəsi hələ də qalmaqdadır və ondan qaçmaq lazımdır.

İxrac üçün malın rəsmiləşdirilməsi vəzifəsinə münasibətdə FAS terminində vacib dəyişikliklər mövcuddur, belə ki, bu öhdəlikləri alıcının deyil, satıcının üzərinə qoymaq daha çox qəbul olunmuşdur. Bu dəyişikliyə lazımi diqqətin təmin olunması üçün o, FAS termininin müqəddiməsində böyük hərflərə qeyd olunmuşdur.

9.3 «C» terminləri alıcının üzərinə öz hesabına adi şərtlərlə daşınma müqaviləsini bağlamaq öhdəliyi qoyur. Buna görə də, onun məntəqəyə qədər nəqliyyat xərclərini çəkməli olduğu məntəqənin adı hökmən müvafiq «C» terminindən sonra qeyd olunmalıdır. CIF və CIP terminlərinə müvafiq olaraq, satıcı malı sığortalamalı və sığortalama üzrə xərcləri ödəməlidir. Xərclərin bölünməsi nöqtəsi təyinat ölkəsində təsbit olunduğu üçün «C» terminləri çox vaxt səhvən, razılaşdırılmış məntəqəyə mal faktiki olaraq gəlməyənə qədər satıcının bütün riskləri və xərcləri ödəməli olduğu çatma müqaviləsi hesab olunur. Lakin, qeyd etmək lazımdır ki, «C» terminləri «F» terminləri ilə, satıcı müqaviləni yükləmə və ya göndəriş ölkəsində yerinə yetirdiyi hala münasibətdə, eyni təbiətə malikdir. Beləliklə, «C» terminlərinə müvafiq olaraq alqı-satqı müqaviləsi, «F» terminləri əsasındakı müqavilələr kimi, yükləmə müqavilələri kateqoriyalarına aiddir.

Yükləmə müqavilələrində belə müəyyən olunub ki, malın razılaşdırılmış yerə qədər adi marşrut üzrə və adi üsulla daşınmasına görə adi nəqliyyat xərcləri satıcı tərəfindən ödənildiyi halda, alıcı malın itməsi və ya korlanması risklərini, həmçinin mal daşınma üçün lazımi şəkildə çatdırıldıqdan sonra mövcud olan hadisələr nəticəsində baş verən əlavə xərcləri ödəyir. Beləliklə, «C» termini bütün digər terminlərdən iki «kritik» nöqtəyə malik olması ilə fərqlənir. Onlardan biri daşınma müqaviləsinə əsasən satıcının nəqliyyatı təşkil etməli və xərcləri çəkməli olduğu nöqtəni, digəri isə risklərin keçid nöqtəsini göstərir. Bu səbəbdən, risklərin keçidinin yuxarıda qeyd olunan «kritik» nöqtələr hüdudlarından kənara çıxmasından sonra satıcının üzərinə düşən öhdəliklərin əlavə olunması zamanı maksimum ehtiyatlılığa riayət olunmalıdır. «C» terminlərinin mahiyyəti satıcı daşınma müqaviləsini bağlamaqla, malı daşıyıcıya ötürməklə və CIF və CIP terminlərinə müvafiq olaraq sığortanı təmin etməklə, alqı-satqı müqaviləsini lazımi şəkildə yerinə yetirdikdən sonra, satıcının istənilən sonrakı risklərdən və xərclərdən azad edilməsi hesab edilir.

«C» terminlərinin yükləmə müqaviləsi kimi mahiyyəti belə hallarda istifadə olunan ödənişin üstün üsulu qismində sənədli kreditlərdən yayılmış istifadəsi ilə də aydınlaşdırıla bilər. Alqı-satqı müqaviləsinin tərəfləri sənədli kredit üzrə razılaşdırılmış yükləmə sənədlərinin banka təqdim edildikdə satıcının ödəniş alması barədə razılaşdıqları zaman, satıcı sənədli kredit üzrə ödəniş aldığı andan sonra və ya malın yüklənməsindən və göndərilməsindən sonra sonrakı riskləri və xərcləri daşıyardısa, sənədli kreditin əsas məqsədi tamamilə ziddiyyət təşkil edərdi. Əlbəttə, yükləmədən sonra yükün əvvəlcədən ödənilməsindən və ya təyinat yerində ödənilməli olmasından (fraxt yükü qəbul edən tərəfindən təyinat limanında ödənilməlidir) asılı olaraq, satıcı daşınma müqaviləsi üzrə bütün xərcləri ödəməli olacaqdır; lakin yükləmədən və göndərilmədən sonra yer alan hallar nəticəsində baş verə biləcək əlavə xərclər mütləq alıcının hesabına ödənilir.

Əgər satıcı, rüsumların, vergilərin və digər yığımların ödənişini özündə birləşdirən daşınma müqaviləsini təmin etməlidirsə, belə xərclər, əlbəttə ki, müqaviləyə əsasən onun adına yazılan dərəcədə, satıcının üzərinə düşür. İndi bu hal bütün «C» terminlərinin A.6 maddəsində dürüst ifadə olunmuşdur.

Əgər razılaşdırılmış təyinat yerinə çatmaq üçün aralıq məntəqələrdə malın təkrar yüklənməsi ilə əlaqədar adətən bir neçə daşınma müqavilələri bağlanılmalıdırsa, satıcı bütün bu xərcləri, o cümlədən, malın bir nəqliyyat vasitəsindən digərinə təkrar yüklənməsi zamanı meydana çıxan istənilən xərcləri ödəməlidir. Lakin, əgər daşıyıcı, qabaqcadan nəzərdə tutulmayan maneələrdən (məsələn, buz, tətil, əmək qanunvericiliyinin pozulmaları, hökumət qərarları, müharibə və ya hərbi əməliyyatlar) qaçmaq üçün, öz hüquqlarından – daşınma müqaviləsinə əsasən – istifadə edirsə, bu zaman buradan irəli gələn bütün əlavə xərclər alıcının hesabına aid olunacaqdır, çünki satıcının öhdəliyi adi daşınma müqaviləsinin təmin olunması ilə məhdudlaşır.

Çox zaman, alqı-satqı müqaviləsinin tərəfləri satıcının daşınma müqaviləsini, o cümlədən, boşaldılma üzrə xərcləri hansı dərəcəyə qədər təmin etməsini dəqiq müəyyən etmək istəyirlər. Belə ki, bu növ xərclər, mal adi gəmiçilik xətləri vasitəsi ilə daşındığı zaman belə xərclər adətən fraxt ilə ödənilir, alqı-satqı müqaviləsi çox vaxt malın bu şəkildə və ya ən azı «yüklərin reys gəmiləri tərəfindən daşınması şərtlərinə» müvafiq olaraq daşınmasını nəzərdə tutur. Digər hallarda, CFR və CIF terminlərindən sonra, «o cümlədən boşaltma» sözləri əlavə edilir. Bununla belə, əgər ticarətin müvafiq sahəsində abbreviaturanın mənası müqavilə tərəfləri tərəfindən dəqiq başa düşülmürsə və qəbul olunmursa, yaxud müvafiq qanun və ya ticarət ənənələri zamanı, «C» terminlərindən sonra abbreviatura əlavə etmək tövsiyə olunmur.

Xüsusən, satıcı «C» terminlərinin mahiyyətini dəyişdirmədən malın təyinat yerinə gəlməsinə dair hər hansı öhdəliyi üzərinə götürməməlidir – və o, bunu bacarmayacaqdır – belə ki, daşınma zamanı gecikmə riskini alıcı daşıyır. Beləliklə, vaxta münasibətdə istənilən öhdəlik mütləq şəkildə yükləmə və ya göndərmə yerinə aid olmalıdır, məsələn «... gec olmayaraq yükləmə (göndərmə)». Müqavilə, məsələn, «CFR Hamburq ... gec olmayaraq» əslində yanlış sayılır və bu, müxtəlif şəkildə təfsir oluna bilər. Güman etmək olar ki, tərəflər, ya mal müəyyən gündə Hamburqa çatmalı olduğunu (bu halda, müqavilə yükləmə müqaviləsi deyil, gəlib-çatma müqaviləsi sayılır), yaxud da, digər halda, satıcı malı elə vaxtda göndərməlidir ki, qabaqcadan nəzərdə tutulmayan hadisələr nəticəsində baş verən gecikmə halları istisna edilməklə, mal Hamburqa müəyyən edilmiş tarixə qədər çatmalı olduğunu nəzərdə tutmuşlar.

Malların ticarətində elə olur ki, mal o, dənizdə olduğu zaman əldə edilir və bu halda, ticarətin şərtlərindən sonra «üzən vasitədə» sözü əlavə olunur. Belə hallarda, CFR və CIF terminlərinə müvafiq olaraq, malın itməsi və ya korlanması riski artıq satıcıdan alıcıya keçdiyindən, şərhdə çətinliklər yaranır. İmkanlardan biri, satıcı və alıcı arasında risklərin bölüşdürülməsinə dair CFR və CIF terminlərinin adi mənalarının saxlanılması sayılır, yəni, risk yükləmədən sonra ötürülür: bu, o deməkdir ki, alıcı, alqı-satqı müqaviləsi qüvvəyə mindiyi anda artıq mövcud olan hadisələrin nəticələrini öz üzərinə götürməyə məcbur ola bilər. Riskin keçid anını dəqiqləşdirməyin digər imkanı yeni alqı-satqı müqaviləsinin bağlanılması vaxtı sayılır. İlk imkan daha realdır, belə ki, daşınma vaxtı malın vəziyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən, Malların beynəlxalq ticarət müqavilələri (CISG) barədə 1980-ci il BMT Konvensiyasının 68-ci Maddəsində nəzərdə tutulur ki, «əgər şərait imkan verirsə, daşınma müqaviləsinə daxil edilmiş sənədləri verən daşıyıcıya malın ötürülməsi anından etibarən risk alıcı tərəfindən qəbul olunur». Lakin, «satıcı malın itməsi və ya korlanması barədə bildikdə və ya bilməli olduğu halda, bu barədə alıcıya bildirmədiyi» zaman bu qayda istisnaya malikdir. Beləliklə, CFR və CIF terminlərinin «üzən vasitədə» sözünün əlavə edilməsi ilə şərhi alqı-satqı müqaviləsinə tətbiq olunan qanundan asılı olacaqdır. Tərəflərə tətbiq olunan qanuna və onun ardınca gələ bilən istənilən qərarlara əmin olmaq tövsiyə olunur. Şübhə yaranarsa, bu məsələni öz müqavilələrində dəqiq aydınlaşdırmaq tövsiyə olunur.

Təcrübədə tərəflər çox vaxt ənənəvi C&F (və ya C və F, C+F) ifadələrindən istifadə etməkdə davam edirlər. Bununla belə, çox zaman məlum olur ki, onlar bu ifadələrə CFR-in ekvivalenti kimi baxırlar. Şərhin çətinliyindən qaçmaq üçün, tərəflər, «Dəyər və İcarə (... təyinat limanının adı)» termininin bütün dünyada qəbul olunmuş yeganə düzgün abbreviaturası sayılan düzgün termindən, daha doğrusu CFR terminindən istifadə etməlidirlər.

İnkoterms 1990 toplusunun A.8 maddələrində CFR və CIF terminləri, satıcının nəqliyyat sənədlərində (adətən konosament) çarter-partiyaya istinad olduğu bütün hallarda, məsələn, «həm çarter-partiyalar üçün bütün sair şərtlər»in xüsusi göstərişlər vasitəsilə, çarter-partiyanın surətini təqdim etmək öhdəliyini onun üzərinə qoyurdu. Lakin, əlbəttə ki, razılığa gələn tərəf hər zaman öz müqaviləsinin bütün şərtlərini – ən yaxşısı, alqı-satqı müqaviləsi bağlınılan zaman – dəqiq müəyyənləşdirmək iqtidarında olmalı olduğuna baxmayaraq, məlum olur ki, yuxarıda qeyd edilənlərə müvafiq olaraq, çarter-partiyaların təqdim edilməsi təcrübəsi dokumertar kredit əməliyyatları ilə əlaqədar problemlər yaradır. Satıcının CFR və CIF terminlərinə müvafiq olaraq digər nəqliyyat sənədləri ilə birlikdə çarter-partiyaların surətlərini təqdim etmək vəzifəsi İnkoterms 2000-dən çıxarılmışdır.

İnkoterms toplusunun A.8 maddəsinin satıcı tərəfindən alıcıya «göndərişin sübutu»nun təqdim edilməsini təmin etmək meylinə malik olmasına baxmayaraq, qeyd etmək lazımdır ki, satıcı bu tələbi «adi» sübut təqdim etməklə yerinə yetirir. CPT və CIP terminlərinə müvafiq olaraq bu, «adi nəqliyyat sənədi» olacaq və CFR və CIF terminlərinə əsasən bu, konosament və ya dəniz qaiməsi olacaqdır. Nəqliyyat sənədləri «təmiz» olmalıdır, bu, o deməkdir ki, onlar malın və ya qablaşdırmanın pis vəziyyətini müəyyən edən qeyd-şərtlərə və ya göstərişlərə malik olmamalıdır. Əgər belə qeyd-şərtlər və ya göstərişlər sənəddə meydana çıxarsa, o, «qeyri-təmiz» hesab olunur və sənədli kredit əməliyyatlarında banklar tərəfindən qəbul olunmur. Lakin, qeyd etmək lazımdır ki, hətta belə qeyd-şərt və ya göstərişə malik olmayan nəqliyyat sənədi adətən alıcıya, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq, daşıyıcıya münasibətdə, malın yüklənməsinin təkzibedilməz sübutu kimi təqdim etmir. Adətən, daşıyıcı nəqliyyat sənədinin birinci səhifəsindəki standart mətndə, nəqliyyat sənədinə daxil edilmiş təfsilatların yalnız yükgöndərənin ərizəsi olduğunu göstərməklə, mala dair məlumata görə məsuliyyəti qəbul etməkdən imtina edir. Tətbiq olunan əksər qanunlara və prinsiplərə müvafiq olaraq, daşıyıcı ən azı məlumatın düzgünlüyünün ağlabatan yoxlama üsullarından istifadə etməlidir və bunu etmək iqtidarında olmaması onu yükü qəbul edən qarşısında məsul edə bilər. Lakin konteyner ticarətində daşıyıcı, əgər o, konteynerə yüklənməyə görə özü məsul deyildirsə, konteynerin içərisindəkilərin yoxlanılması üsullarına malik deyildir.

Sığortalamaqla bağlı yalnız iki termin, daha doğrusu CIF və CIP terminləri mövcuddur. Bu terminlərə müvafiq olaraq, satıcı alıcının xeyrinə sığortanı təmin etməlidir. Bəzi hallarda, tərəflər özlərini sığortalayıb-sığortalamamağı və nə dərəcədə sığortalanmağı özləri seçirlər. Satıcı sığortanı alıcının xeyrinə bağladığından, o, alıcının tələblərini dəqiq bilmir. London sığortaçıları birliyinin sığorta şərtlərinə müvafiq olaraq, sığorta «C» Şərtinə əsasən «minimal ödənişlə», «B» Şərtinə əsasən «orta ödənişlə» və «A» Şərtinə əsasən «daha geniş ödənişlə» həyata keçirilir. Malın CIF termininə əsasən satışında alıcı malı yolda növbəti alıcıya satmaq istəyə bildiyindən, o da, öz növbəsində malı yenidən təkrar satmaq istəyə bildiyindən, belə ardıcıl alıcılar üçün uyğun sığorta ölçüsünü bilmək mümkün deyildir və beləliklə, ənənəvi olaraq, CIF üzrə minimal sığortalanma seçilir ki, bu da, lazım gələrsə, alıcıya satıcıdan əlavə sığorta tələb etmək imkanı verir. Lakin minimal sığortalama sənaye mallarının satışı üçün uyğun gəlmir, belə ki, bu zaman malın oğurlanması, talanması və ya yanlış nəqliyyat emalı və ya saxlanması riski «C» Şərtinə əsasən sığortalanmadan çox sığortalanma tələb edir. CIP termini, CIF terminindən fərqli olaraq, sənaye mallarının satışı üçün normal istifadə olunduğundan, CIF üzrə minimal sığortalanmadansa, CIP üzrə daha geniş ödənişli sığortalanmanın təsdiq edilməsi məqsədəuyğun olardı. Lakin CIF və CIP terminləri üzrə satıcı tərəfindən sığortalanmanın dəyişdirilməsi çaşqınlığa səbəb olacaqdır və beləliklə, hər iki şərt satıcı tərəfindən sığortalanma vəzifəsini minimal sığortalanmaya qədər çatdırır. Alıcıya CIP termininə əsasən aşağıdakıları bilmək vacibdir: əlavə sığorta lazım olarsa, o, satıcı ilə razılaşmalıdır ki, sonuncu ona əlavə sığortalanma təqdim edəcək və ya genişləndirilmiş sığortanı öz üzərinə götürəcəkdir. Həmçinin, elə müəyyən hallar vardır ki, bu zaman alıcı yuxarıda adı çəkilən Birliyin «A» Şərtlərinə əsasən təqdim ediləndən, məsələn, müharibədən, iğtişaşlardan, vətəndaş çaxnaşmasından, tətillərdən və ya işin digər pozuntularından daha çox müdafiə olunmaq istəyə bilər. Əgər o, satıcının belə sığortalanmanı təmin etməsini istəyərsə, o, ona müvafiq təlimatları verməli və bu halda satıcı imkan daxilində belə sığortlanmanı təmin etməlidir.

9.4 «D» terminləri təbiətcə «C» terminlərindən fərqlənir, belə ki, «D» terminlərinə müvafiq olaraq, satıcı malın idxal sərhədində və ya ölkəsində razılaşdırılmış yerə və ya məntəqəyə çatdırılmasına görə cavabdehdir. Satıcı malların bu yerə çatdırılmasına görə bütün riskləri və xərcləri ödəməlidir. Beləliklə, «C» terminləri yükləmə müqavilələrini ifadə edirdisə, «D» terminləri gəlib-çatma müqaviləsini bildirir.

DDP istisna edilməklə, «D» terminlərinə müvafiq olaraq, təyinat ölkəsində idxal üçün satıcı rəsmiləşdirilmiş malı çatdırmağa borclu deyildir.

Ənənəyə görə, DEQ termininə müvafiq olaraq, satıcı malı rəsmiləşdirməli idi, belə ki, mal yanalma körpüsündə boşaldılmalı və beləliklə, idxal ölkəsinə aparılmalı idi. Lakin bir çox ölkələrdə gömrük rəsmiləşdirilməsi prosedurlarında dəyişikliklər edilməsi nəticəsində, marağı olan ölkədə yaşayan tərəfin indi rəsmiləşdirməni özünün həyata keçirməsi və rüsumları və digər yığımları ödəməsi daha çox yerinə düşərdi. Beləliklə, DEQ terminindəki dəyişikliklər də, barəsində yuxarıda danışılan FAS terminində edilən dəyişikliklər üzündən edilmişdir. FAS terminində olduğu kimi, DEQ terminindəki dəyişikliklər də müqəddimədə baş hərflərlə qeyd olunmuşdur.

Məlum olur ki, bir çox ölkələrdə İnkotermsə daxil edilməmiş ticarət terminləri əsasən dəmir yolu daşınmaları zamanı istifadə olunur («franko sərhəd»). Lakin, belə şərtlər zamanı adətən, satıcı sərhədə qədər daşınma zamanı malın itməsi və ya korlanması riskini öz üzərinə götürməsi nəzərdə tutulmur. Belə hallarda sərhəd göstərilməklə CPT terminindən istifadə etmək daha məqsədəuyğun olardı. Digər tərəfindən, əgər tərəflər güman edirlər ki, daşınma zamanı satıcı riskləri öz üzərinə götürməlidir, bu zaman sərhəd göstərilməklə, DAF terminindən istifadə edilməlidir.

DDU termini İnkotermsin 1990-cı il versiyasına əlavə edilmişdir. Termin, satıcı malı təyinat ölkəsinə idxal üçün rəsmiləşdirmədən və rüsum ödəmədən çatdırmağa hazır olduğu zaman, vacib funksiya daşıyır. Gömrük rəsmiləşdirilməsi çətin olan və çox vaxt aparan ölkələrdə satıcı gömrük rəsmiləşdirməsi məntəqəsindən kənara malı çatdırmaq öhdəliyini öz üzərinə götürməsi riskli ola bilər. DDU termininin B.5 və B.6 maddələrinə müvafiq olaraq, alıcı idxal üçün malın rəsmiləşdirilməsi üzrə öz öhdəliklərini yerinə yetirmək onun üçün mümkün olmadığı hallardan irəli gələn əlavə riskləri və xərcləri ödəməli olduğuna baxmayaraq, satıcıya tövsiyə olunur ki, idxal üçün malın rəsmiləşdirilməsi zamanı çətinlik gözlənilən ölkələrdə DDU terminindən istifadə etməsin.

10. «ÖHDƏLİK YOXDUR» İFADƏSİ

«Satıcı öhdəlik götürür» və «alıcı öhdəlik götürür» ifadələrindən göründüyü kimi, İnkoterms terminləri yalnız tərəflərin bir-biri qarşısında daşıdıqları öhdəliklərlə məşğuldur. «Öhdəlik yoxdur» ifadəsi, bir tərəf digər tərəf qarşısında öhdəlik daşımadığı bütün hallarda istifadə olunmuşdur. Beləliklə, əgər, məsələn, müvafiq terminin A.3 maddəsinə müvafiq olaraq, satıcı daşınma müqaviləsini təmin etməli və ödəməlidirsə, biz alıcının mövqeyini formalaşdıran B.3.a) maddəsindəki «daşınma müqaviləsi» başlığı altında «öhdəlik yoxdur» sözləri ilə rastlaşırıq. Heç bir tərəf digər tərəf qarşısında öhdəlik daşımadığı halda, məsələn, sığortaya münasibətdə, «öhdəlik yoxdur» sözü hər iki tərəfin qarşısında tətbiq olunacaqdır.

Hər iki halda, qeyd etmək vacibdir ki, hətta bir tərəf müəyyən tapşırığın yerinə yetirilməsi zamanı digər tərəfə münasibətdə «öhdəlik yoxdur» vəziyyətində olarsa belə, bu, o demək deyil ki, bu  tapşırığın yerinə yetirilməsi onun maraqlarında deyil. Məsələn, alıcı, CFR termininə müvafiq olaraq, öz satıcısı qarşısında, B.4. maddəsinə müvafiq olaraq, sığorta müqaviləsi bağlamaq üzrə öhdəlik daşımadığına baxmayaraq, aydındır ki, belə müqavilənin bağlanılması onun maraqlarındadır, belə ki, satıcı, A.4 maddəsinə əsasən, sığortanın təmin edilməsi üzrə belə öhdəlikləri daşımır.

11. İNKOTERMSİN VARİANTLARI

Təcrübədə çox vaxt, İnkoterms terminlərinə söz əlavə etməklə, tərəflərin özlərinin daha dəqiq terminə nail olmaq istəkləri halları yer almışdır. Qeyd etmək lazımdır ki, İnkoterms belə əlavələr üçün heç bir göstəriş vermir. Belə ki, əgər tərəflər belə əlavələrin təfsiri üçün ticarətin müəyyən edilmiş ənənələrinə əsaslana bilmirlərsə, onlar, belə əlavələrin razılaşdırılmış anlayışlarının təmin edilməsi mümkün olmayan zaman, ciddi problemlər ilə üzləşə bilərlər.

Məsələn, ümumi «Sərbəst gəmi bortunda yüklənmişdir» və ya «Yükləmə daxil edilməklə, zavoddan» ifadələrindən istifadə edildikdə, bütün dünyada eyni mənaya nail olmaq qeyri-mümkündür, ona görə ki, satıcının öhdəlikləri nəinki, müvafiq olaraq, gəmidə və ya nəqliyyat vasitəsində malın faktiki yükləmə dəyərinə nisbətən genişləndirilmiş, həmçinin yükləmə prosesində malın təsadüfi itməsi və ya korlanması halında riskləri də daxil etmişdir. Bu səbəblərdən tərəflərə yalnız yükləmə üzrə əməliyyatların vəzifələrinin və dəyərinin satıcının üzərinə düşməsini, yaxud onun həmçinin yükləmənin faktiki başa çatmasına qədər risk daşımalı olduğunu nəzərdə tutduqlarını dəqiq açıqlamaqları təkidlə tövsiyə olunur. Bu suala İnkoterms cavab vermir: deməli, əgər müqavilə tərəflərin niyyətlərini dəqiq ifadə etmirsə, tərəflər lazımsız çətinliklər və xərclər ilə rastlaşa bilərlər.

İnkoterms 2000 ənənəvi olaraq istifadə olunan bir çox variantları nəzərdə tutmamasına baxmayaraq, bununla belə, əgər tərəflər İnkoterms şərtlərindən kənara çıxmaq istəyərlərsə, bəzi ticarət terminlərinin müqəddimələrində müqavilədə xüsusi şərtlərin olmasının vacibliyi barədə xəbərdar edir.

EXW

    • Alıcının nəqliyyat vasitəsinə malı yükləməklə bağlı satıcının vəzifəsi əlavə olunur
    • CIF/CIP
    • Alıcının əlavə sığortaya ehtiyacı vardır
    • DEQ
    • Yükləmədən sonra satıcının xərcləri ödəmək vəzifəsi yaranır

Bəzi hallarda satıcı və alıcı konteyner ticarəti və çarter-partiyalarla ticarət kommersiya təcrübəsinə istinad edirlər. Belə şəraitdə, daşınma müqaviləsinə müvafiq olaraq, tərəflərin vəzifələrini və alqı-satqı müqaviləsinə əsasən, bir-birinə münasibətdə onların vəzifələrini dəqiq fərqləndirmək lazımdır. Təəssüf ki, «konteyner şərtləri» və «terminalda nəqliyyat emalına görə yığımlar» (THC) kimi ifadələrin nüfuzlu təyinatı yoxdur. Bu şərtlərə müvafiq olaraq, xərclərin bölüşdürülməsi müxtəlif yerlərdə müxtəlif ola və dövrü olaraq dəyişdirilə bilər. Tərəflərə alqı-satqı müqaviləsində bu xərclərin onlar arasında necə bölüşdürüldüyünü aydınlaşdırmaq tövsiyə olunur.

Çarter-partiyalarda «Sərbəst gəmi bortunda yüklənmişdir», «Sərbəst gəmi bortunda yüklənmişdir və hazırlıq vəziyyətinə gətirilmişdir» kimi tez-tez istifadə olunan ifadələr bəzən alqı-satqı müqavilələrində satıcının, FOB termininə müvafiq olaraq, malın gəminin bortunda nə dərəcədə yerləşdirilməsini və hazırlıq vəziyyətinə gətirilməsini dəqiq aydınlaşdırmaq üçün istifadə olunur. Belə sözlər əlavə olunan hallarda, satış müqaviləsində əlavə edilən vəzifələrin yalnız məxaricə və yaxud xərclərə və risklərə də aid olub-olmamasını aydınlaşdırmaq lazımdır.

Qeyd olunduğu kimi, İnkoterms terminlərinin daha çox yayılmış kommersiya təcrübəsini əks etdirməsi üçün bütün səylər göstərilmişdir. Lakin, bəzi hallarda – xüsusən də, İnkoterms 2000-in İnkoterms 1990-dan fərqləndiyi yerlərdə – tərəflər ticarət şərtlərinin müxtəlif cür işləməsini arzulaya bilərlər. Belə variantlar barədə onlara terminlərin müqəddimələrində, bunu «Lakin» sözü ilə qeyd etməklə, bildirilir.

12. LİMANIN VƏ YA KONKRET TİCARƏTİN ADƏTLƏRİ

İnkoterms terminlər komplektini ticarətin müxtəlif sahələrində və regionlarda istifadə olunmaq üçün təklif etdiyindən, tərəflərin vəzifələrinin dəqiq ifadəsi heç də həmişə mümkün deyildir. Buna görə də, müəyyən dərəcəyə qədər, tərəflərin özlərinin ötən əməliyyatlarda müəyyən edə bildikləri limanın və ya konkret ticarətin və ya təcrübənin adətlərinə istinad etmələri vacibdir (müqayisə et: Malların beynəlxalq ticarəti üçün müqavilələr barədə 1990-cı il BMT Konvensiyasının 9-cu Maddəsi). Əlbəttə, yaxşı olar ki, satıcı və alıcı onların müqavilələrinin müzakirəsi zamanı belə adətlər barədə bir-birini daima lazımi şəkildə məlumatlandırsınlar və qeyri-müəyyənlik yaranan zaman özlərinin alqı-satqı müqavilələrində özlərinin qanuni mövqelərini müvafiq maddələr ilə aydınlaşdırsınlar. Konkret müqavilənin belə xüsusi şərtləri, İnkotermsin müxtəlif terminlərinin şərhinin qaydası kimi ifadə edilmiş bütün məfhumları əvəz edəcək və ya dəyişdirəcəkdir.

13. YÜKLƏMƏ YERİNƏ MÜNASİBƏTDƏ ALICININ İMKANLARI

Bəzi hallarda, alqı-satqı müqaviləsinin bağlanıldığı anda, daşınma üçün malın satıcı tərəfindən çatdırılmalı olduğu konkret məntəqəyə və ya hətta yerə dair dəqiq qərar qəbul etmək qeyri-mümkün ola bilər. Məsələn, həmin anda sadəcə ərazi və ya kifayət qədər geniş yer, məsələn, dəniz limanı göstərilə bilərdi. Bununla belə, adətən, sonra şərtləşdirilir ki, alıcı bu ərazidə və ya yerdə daha dəqiq məntəqənin adını sonradan təyin etmək hüququna malikdir və ya etməlidir. Əgər alıcı, yuxarıda göstərilənlərə müvafiq olaraq, konkret məntəqənin adını göstərməlidirsə, onun tərəfindən bu vəzifənin yerinə yetirilməməsi nəticəsində risklərə və əlavə xərclərə görə məsuliyyət meydana çıxa bilər (bütün terminlərin B.5 və B.7-ci maddələri). Bundan başqa, alıcının konkret məntəqəni qeyd etmək hüququndan imtina etməsi satıcıya onun üçün daha münasib məntəqəni seçmək hüququ verir (FCA maddə A.4)

14. GÖMRÜK RƏSMİLƏŞDİRMƏSİ

«Gömrük rəsmiləşdirməsi» termini müxtəlif fikirlər yaratmışdır. Beləliklə, satıcının və ya alıcının malın ixrac və ya idxal ölkəsinin gömrüyündən keçməsi ilə bağlı öz üzərinə öhdəlik götürmək vəzifələrinə hər bir istinad zamanı aydınlaşdırmaq lazımdır ki, bu, yalnız rüsumların və bütün digər yığımların ödənişini deyil, həm də malın gömrükdən keçidi və bununla əlaqədar hökumətin məlumatı ilə bağlı bütün inzibati hərəkətlərin yerinə yetirilməsini və ödənişini də özündə birləşdirən vəzifədir. Sonra, bəzi sahələrdə hesab edilirdi ki, lakin tamamilə yanlış olaraq, Avropa ticarət ittifaqı üzv dövlətlərində və digər sərbəst ticarət sahələrində olduğu kimi, gömrük rüsumunu ödəmək vəzifəsinin və idxal və ya ixrac üzrə məhdudiyyətlərinin olmaması zamanı gömrük rəsmiləşdirilməsi vəzifəsi ilə bağlı olan terminlərdən istifadə etməyin lazımsız olduğu hesab edilirdi. Belə vəziyyətlərin dəqiqləşdirilməsi üçün, gömrük prosedurlarının lazım olmadığı hallarda terminlərin hər hansı ikimənalı istifadəsinə yol verilməməsi üçün, İnkotermsin müvafiq terminlərinin A.2 və B.2, A.6 və B.6 maddələrinə «əgər bu tələb olunarsa» sözləri əlavə edilmişdir.

Adətən, yaxşı olar ki, gömrük rəsmiləşdirilməsi bu rəsmiləşdirilmənin baş verməli olduğu ölkədə daimi yaşayan tərəf və ya ən azı bu tərəf adından hərəkət edən hər hansı şəxs tərəfindən təşkil olunsun. Beləliklə, ixracçı adətən ixrac üçün gömrük rəsmiləşdirilməsini, eyni zamanda, idxalçı idxal üçün malın rəsmiləşdirilməsini həyata keçirir.

İnkoterms 1990 EXW və FAS (gömrük rəsmiləşdirilməsi alıcının üzərinə düşür) və DEQ (gömrük rəsmiləşdirilməsi satıcının üzərinə düşür) ticarət terminləri üzrə bu prinsiplərdən fərqlənirdi, lakin İnkoterms 2000 redaksiyasında FAS və DEQ terminləri ixrac üçün malın gömrük rəsmiləşdirilməsi vəzifəsini satıcının üzərinə, malın idxalı üçün rəsmiləşdirməni isə – müvafiq olaraq, alıcının üzərinə qoyur, eyni zamanda, özündə satıcının minimal vəzifələrini birləşdirən EXW termini isə dəyişdirilməmiş saxlanılmışdır (ixrac üçün gömrük rəsmiləşdirilməsi vəzifəsi alıcının üzərinə düşür). DDP termininə müvafiq olaraq, ayrıca olaraq terminin adından irəli gələnləri – Çatdırılmışdır, Rüsum Ödənilmişdir – yerinə yetirməyə, daha dəqiqi, idxal üçün malın rəsmiləşdirilməyə və buradan irəli gələn istənilən rüsumları ödəməyə razılaşır

15. QABLAŞDIRMA

Əksər hallarda, tərəflər malın təyinat yerinə etibarlı daşınması üçün lazım olan qablaşdırmanı əvvəlcədən bilirlər. Lakin satıcının malı qablaşdırmaq vəzifəsi, nəzərdə tutulan nəql etmə üsulundan və müddətindən asılı olaraq, əhəmiyyətli dərəcədə dəyişə bildiyindən, satıcının malı nəqliyyat şərtlərinə müvafiq olaraq qablaşdırmaq öhdəliklərinə yalnız satış müqaviləsinin bağlanılmasına qədər nəqliyyatla bağlı ona məlum olan vəziyyətlər dərəcəsində baxmaq lazımdır (müqayisə et: Malların beynəlxalq satışı üzrə müqavilələr barədə 1980-ci il BMT Konvensiyasının 35.1 və 35.2.b maddələri ilə, burada mal, o cümlədən qablaşdırma, «müqavilənin bağlanması anında satıcıya birbaşa və ya dolayısı ilə məlum olan istənilən konkret məqsədlərə, şərait satıcının biliklərinə və mülahizəsinə alıcının güman etməməsini və ya güman etməyi məqsədəuyğun hesab etməməsini göstərdiyi hallar istisna edilməklə, müvafiq olmalıdır»).

16. MALA BAXIŞ

Bir çox hallarda, daşınma üçün satıcı tərəfindən malın ötürülməsindən əvvəl və ya ötürülməsi anında baxışı barədə razılaşmağı alıcıya tövsiyə etmək olar (necə deyərlər, göndərişdən əvvəlki baxış və ya PSI). Əgər müqavilə qeyrisini nəzərdə tutmursa, alıcı onun maraqları baxımından aparılan belə baxışın dəyərini özü ödəyir. Lakin, əgər baxış satıcıya onun öz ölkəsində malın ixracına tətbiq olunan hər hansı mütləq qaydaların yerinə yetirilməsi üçün imkan verməkdən ötrü keçirilmişdirsə, o, əgər EXW terminindən istifadə edilməmişdirsə, belə baxışı özü ödəməlidir, çünki, bu termindən istifadə olunması zamanı baxış üzrə xərclər alıcının üzərinə düşür.

17. NƏQL ETMƏ NÖVÜ VƏ İNKOTERMS 2000-İN MÜVAFİQ TERMİNİ

İstənilən növ nəql etmə

E Qrupu

EXW

Zavoddan (... yerin adı)

F Qrupu

FCA

Franko daşıyıcı (... təyinat yerinin adı)

C qrupu

CPT

Daşınma (... təyinat məntəqəsinin adı) qədər ödənilib

CIP

Daşınma və sığorta (... təyinat məntəqəsinin adı) qədər ödənilib

D Qrupu

DAF

Sərhədə qədər göndəriş (... təyinat yerinin adı)

DDU

Rüsum ödənilmədən göndəriş (... təyinat yerinin adı)

DDP

Rüsum ödənilməklə göndəriş (... təyinat yerinin adı)

Yalnız dəniz və daxili su nəqliyyatı

F Qrupu

FAS

Gəminin bortu boyu sərbəst (... yükləmə limanın adı)

FOB

Sərbəst gəmi bortunda (... yükləmə limanın adı)

C Qrupu

CFR

Dəyər və icarə (... təyinat limanın adı)

CIF

Dəyər, sığorta və icarə (... təyinat limanın adı)

D Qrupu

DES

Gəmidən göndəriş (... təyinat limanın adı)

DEQ

Yanalma körpüsündən göndəriş (... təyinat limanın adı)

18. İSTİFADƏYƏ DAİR TÖVSİYƏLƏR

Bəzi hallarda, giriş bu və ya digər termindən istifadə etməyi və ya etməməyi tövsiyə edir. Bu, FCA və FOB terminləri arasında seçimə münasibətdə daha vacibdir. Təəssüf ki, ticarət işçiləri FOB terminindən onun yersiz-yersiz istifadə etməkdə, bununla belə, satıcını alıcı tərəfindən adı çəkilən daşıyıcıya malın ötürülməsi nəticəsində meydana çıxan riskləri ödəməyə məcbur etməkdə davam edirlər. FOB-dan, mal gəmidə növbəti yüklənmə üçün daşıyıcıya ötürüldüyü zaman, məsələn, konteynerlərə yükləndikdə və ya «ro-ro» nəqliyyat adlandırılan yük maşınlarına və ya vaqonlara yükləndikdə deyil, yalnız mal «gəminin məhəccərlərindən keçməklə», yaxud heç olmasa, gəmidən keçməklə göndərilməsi üçün nəzərdə tutulduğu zaman istifadə etmək olar. Beləliklə, FOB termininin girişində israrla xəbərdarlıq edilmişdir ki, tərəflər malı gəminin məhəccərlərindən keçməklə göndərmək niyyətində olmadıqda, bu termindən istifadə etmək olmaz.

Elə olur ki, tərəflər səhvən, digər nəqliyyat növü nəzərdə tutulduğu zaman malların dəniz vasitəsilə daşınması üçün də nəzərdə tutulmuş terminlərdən istifadə edirlər. Bu, satıcını alıcıya müvafiq sənədləri (məsələn, konosament, dəniz qaiməsi və ya elektron ekvivalenti) təqdim etmək öhdəliyini yerinə yetirə bilməmək vəziyyətində qoya bilər.

Yuxarıdakı 17-ci paraqrafda qeyd olunan cədvəl hər bir nəqliyyat növü üçün istifadə olunan terminləri göstərir. Bundan başqa, hər bir terminə girişdə ondan bütün nəqliyyat növləri üçün və ya yalnız dənizlə daşınma üçün istifadə etməyin mümkün olub-olmaması qeyd edilmişdir.

19. KONOSAMENT VƏ ELEKTRON TİCARƏT

Ənənəvi olaraq, bort konosamenti, CFR və CIF terminlərinə müvafiq olaraq, satıcının təqdim edə bildiyi yeganə qəbul edilən sənəd sayılır. Konosament üç əsas funksiyaları, yəni aşağıdakıları yerinə yetirir:

    • Malın gəminin bortuna göndərişinin sübutu;
    • Daşınma müqaviləsinin təsdiqi;
    • Digər tərəfə sənədi ötürmək vasitəsilə ona tranzit mal üzərində hüquqları vermək vasitəsi.

Konosamentdən savayı digər nəqliyyat sənədləri göstərilən ilk iki funksiyanı yerinə yetirəcəkdir, lakin tranzit malın təyinat yerinə çatdırılmasına nəzarət edə və ya alıcıya tranzit malı, sənədlərini onun alıcısına verməklə, satmaq imkanını verə bilməyəcəkdir. Bunun əvəzində, digər nəqliyyat sənədləri malın təyinat yerində almaq hüququna malik olan tərəfin adını bildirəcəklər. Konosamentə sahiblik təyinat yerində malın daşıyıcıdan almaq üçün vacib olması faktı onun elektron sənəd ilə əvəz olunmasını xüsusilə çətinləşdirir.

Daha sonra, konosamentin adətən bir neçə originalı verilir, lakin, əlbəttə ki, çox vacibdir ki, alıcı və ya onun təlimatına müvafiq olaraq fəaliyyət göstərən bank satıcıya ödəniş zamanı satıcı tərəfindən bütün originalların ötürülməsini təmin etsin (necə deyərlər «tam komplekt»). Bu, həmçinin, Beynəlxalq ticarət palatasının Sənədli kreditlər Qaydasının /ICC Rules for Documentary Credits/ (necə deyərlər – Beynəlxalq ticarət palatasının Vahid ənənələri və təcrübəsi /ICC Uniform Customs and Practice, «UCP»/. Cari versiyası İnkoterms 2000 nəşr edildiyi gündə çıxır; ICC nəşr nömrə 500) tələbi sayılır.

Nəqliyyat sənədləri nəinki malın daşıyıcıya çatdırılması barədə, lakin həm də malın, daşıyıcının bunu təsdiq edə bildiyi qədər, tam qüsursuz və yaxşı vəziyyətdə alınması barədə şəhadət verməlidir. Malın müvafiq olmayan vəziyyətdə alınmasını göstərən nəqliyyat sənədlərindəki istənilən yazı sənədi «çirkli» və beləliklə, UCP müvafiq olaraq, qeyri-məqbul edəcəkdir.

Konosamentin xüsusi hüquqi təbiətinə baxmayaraq, güman edilir ki, yaxın gələcəkdə o, elektron sənəd ilə əvəz olunacaqdır. İnkotermsin 1990-ci il versiyasında artıq gözlənilən bu təkmilləşmə lazımi şəkildə nəzərə alınmışdı. Terminlərin A.8-ci maddələrinə müvafiq olaraq, əgər tərəflər elektron rabitəni həyata keçirmək barədə razılaşarlarsa, kağız sənədlər elektron məlumatlar ilə əvəz oluna bilər. Belə məlumat birbaşa və ya əlavə xidmətləri təmin edən üçüncü tərəflər vasitəsilə maraqlı tərəflərə ötürülə bilər. Üçüncü tərəfə fayda ilə təqdim oluna bilən belə xidmətlərdən biri konosamentin ardıcıl sahibləri reyestri sayılır.

BOLERO kimi adlandırılan xidmətlər kimi xidmətlər təqdim edən sistemlər CMI 1990 Elektron konosamentlər qaydaları /CMI 1990 Rules for Electronic Bills of Lading/ və UNCITRAL Elektron ticarət üzrə model qanunun /UNCITRAL Model Law on Electronic Commerce/ 16–17-ci Maddələri kimi müvafiq hüquqi normalar və prinsiplərin sonrakı dəstəyini tələb edə bilər.

20. KONOSAMENTLƏR ƏVƏZİNƏ ÖTÜRÜLMƏYƏN NƏQLİYYAT SƏNƏDLƏRİ

Son illər sənədli ticarət kifayət qədər sadələşmişdir. Konosamentlər tez-tez dəniz daşınmalarından başqa, digər növ nəqliyyat üçün uyğun istifadə olunan ötürülməyən sənədlər ilə əvəz olunur. Bu sənədlər «dəniz qaimələri», «konteyner qaimələri», «yük qəbzləri» və ya belə ifadələrin variantları kimi adlandırılır. Ötürülməyən sənədlər, alıcı tranzit malı kağız sənədin ötürülməsi vasitəsilə yeni alıcıya satmaq istədiyi hallar istisna olunmaqla, tamamilə qənaətbəxş şəkildə istifadə edilə bilər. Bunun mümkün olması üçün, satıcının, CFR və CIF-ə müvafiq olaraq, konosamenti təqdim etmək vəzifəsi saxlanılmalıdır. Lakin əgər razılığa gələn tərəflər alıcının tranzit malı satmağı güman etməməsini bilirlərsə, onlar satıcını konosament təqdim etmək vəzifəsindən azad etmək barədə xüsusi razılığa gələ bilərlər və ya digər halda, onlar konosamentin təqdim olunması barədə tələbin olmadığı CPT və CIP-dən istifadə edə bilərlər.

21. DAŞIYICIYA TƏLİMAT VERMƏK HÜQUQU

«C» termininə müvafiq olaraq, malı ödəyən alıcı təmin etməlidir ki, ödəniş alındıqdan sonra satıcı daşıyıcıya yeni təlimat verməklə mala sərəncam verə bilməsin. Müəyyən nəqliyyat növlərində istifadə olunan bəzi nəqliyyat (hava, avtomobil və ya dəmir yolu) sənədləri, alıcını qaimələrin müəyyən originalları və ya dublikatları ilə təmin etməklə, daşıyıcıya yeni təlimatlar verilməsində razılığa gələn tərəflər tərəfindən satıcıya mane olmaq imkanı verir. Lakin dəniz daşınmalarında konosamentlər əvəzinə istifadə olunan sənədlər adətən belə «mane olmaq» funksiyasına malik olmur. Beynəlxalq Dəniz komitəsi 1990-cı ildə tərəflərə, qaimədə qeyd olunanlardan fərqli hər hansı digər şəxsə və ya digər yerə malın çatdırılmasına münasibətdə, təlimat vasitəsilə mala sərəncam vermək hüququnun satıcı tərəfindən daşıyıcıya ötürdüyü «sərəncamsız» şərtini qoymaq imkanı verən, «Dəniz qaimələrinin Vahid qaydaları»nı /Uniform Rules for Sea Waybills/ tətbiq etməklə, yuxarıda qeyd olunan sənədlərin bu çatışmazlığını aradan qaldırmışdır.

22. BEYNƏLXALQ TİCARƏT PALATASININ ARBİTRAJI

Alqı-satqı üzrə öz tərəfdaşları ilə fikir ayrılıqları yarandığı hallarda Beynəlxalq ticarət palatasının Arbitrajına müraciət etmək imkanına malik olmaq istəyən razılığa gələn tərəflər öz alqı-satqı müqavilələrində və ya vahid müqavilə olmadıqda, onlar arasında razılığı ifadə edən yazışmalar mübadiləsi zamanı Beynəlxalq ticarət palatasının Arbitrajı barədə xüsusi olaraq və dəqiq razılaşmalıdırlar. İnkoterms variantlarından birinin və ya bir neçəsinin müqaviləyə və ya onunla bağlı yazışmaya daxil edilməsi faktı özü-özlüyündə Arbitraja müraciət etmək imkanı barədə razılaşmanı BİLDİRMİR.

Beynəlxalq ticarət palatası arbitraj haqqında aşağıdakı standart şərtləri tövsiyə edir:

Hazırki müqavilədən irəli gələn və ya onunla bağlı yaranan bütün fikir ayrılıqları Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydalarına müvafiq olaraq təyin edilmiş bir və ya daha çox arbitr tərəfindən, qeyd olunan Qaydalara müvafiq olaraq, qəti həll olunmalıdır.


 

«İnkoterms 2000» şərtləri

EXW
EX Works ( ... named place)
Zavoddan ( ... yerin adı)

«Zavoddan» termini, satıcı malı alıcının sərəncamına özünün müəssisəsində və ya digər adı çəkilən yerdə (məsələn: zavodda, fakrikdə, anbarda və s.) təqdim etdikdə, göndəriş üzrə öz öhdəliklərini yerinə yetirdiyini bildirir. Satıcı malın nəqliyyat vasitəsinə yüklənməsinə, həmçinin ixrac üçün malın gömrük rəsmiləşdirilməsinə görə cavabdeh deyildir.

Beləliklə, bu termin satıcının üzərinə minimal vəzifələr qoyur və alıcı malın satıcının müəssisəsindən təyinat yerinə qədər daşınması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Lakin, tərəflər göndərilmə yerində malın yüklənməsi üzrə vəzifələrin alıcı tərəfindən yerinə yetirilməsini və bütün riskləri və belə yük vurmağa görə xərcləri öz üzərinə götürməsini istəyərlərsə, onda bu, alqı-satqı müqaviləsinə edilən müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (bax. Giriş b. 11). Bu termin, alıcı birbaşa və ya dolayısı ilə ixrac rəsmiləşdirilməsini yerinə yetirə bilmədiyi halda tətbiq edilə bilməz. Bu halda FCA terminindən istifadə olunmalıdır, bir şərtlə ki, satıcı malın yüklənməsi xərclərini və risklərini öz üzərinə götürməyə razılıq versin.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı alıcının xahişinə əsasən onun hesabına və onun riskinə sonuncuya, əgər tələb olunarsa (bax. Giriş b. 14), istənilən ixrac lisenziyalarının və ya malın ixrac edilməsi üçün lazım olan digər rəsmi sənədin alınmasına tam yardım göstərməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən ixrac və ya idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın ixrac edilməsi üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı razılaşdırılmış tarixdə və ya razılışdırılmış müddət ərzində müqavilədə adı çəkilən göndəriş yerinə hər hansı nəqliyyat vasitəsinə boşaldılmamış malı alıcının sərəncamına təqdim etməlidir. Müqavilədə belə göstəriş mövcud olmadıqda, satıcı analoji malların göndərişi üçün adi yerə və müddətə göndərişi həyata keçirməlidir. Əgər tərəflər göndərişin adı çəkilən yerində hər hansı konkret məntəqə barədə razılaşmamışlarsa, satıcı göndəriş yerində ona daha münasib olan məntəqəni seçə bilər.

Alıcı, A.4 və A.7./B.7 maddələrinə müvafiq olaraq, mal təqdim olunan zaman, mal göndərişini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən – göndərişin qəbul edilməsi üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətdən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməlidir.

Alıcı: – malın A.4 maddəsinə müvafiq olaraq onun sərəncamına göndərilməsi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – mal onun sərəncamına çatdırıldıqdan sonra malın qəbul olunması öhdəliklərinin onun tərəfindən yerinə yetirilməməsi, yaxud o, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş verməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin ixrac zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. Alıcı, A.2 maddəsinə müvafiq olaraq yardım göstərilməsi zamanı satıcı tərəfindən çəkilmiş bütün xərcləri və rüsumları ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın onun sərəncamına nə zaman və harada təqdim olunacağı tarix və yer barədə lazımi şəkildə məlumatlandırmalıdır.

Əgər alıcı razılaşdırılmış dövr ərzində malın qəbul tarixini və/yaxud yerini təyin etmək hüququna malikdirsə, o, bu barədə lazımi məlumatları satıcıya bildirməlidir.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Öhdəlik yoxdur (bax. Giriş b. 10).

Alıcı göndərişin qəbul olunması barədə müvafiq sübutları satıcıya göndərməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı malın alıcının sərəncamına təqdim edilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, o cümlədən, ixracat ölkəsinin hakimiyyət orqanlarının tələb etdiyi baxış xərclərini ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın ixracı və/yaxud idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya yardım göstərilməsi nəticəsində satıcı tərəfindən ona çəkilən xərcləri ödəməlidir.


 

FCA
Free Carrier (...named place)
Franko daşıyıcı (... yerin adı)

«Franko daşıyıcı» termini, satıcı gömrük rəsmiləşdirilməsini keçmiş malı alıcı tərəfindən göstərilən daşıyıcıya təyin olunmuş yerə qədər çatdıracağını bildirir. Qeyd etmək lazımdır ki, göndəriş yerinin seçimi malın bu yerdə yüklənib-boşaldılması üzrə öhdəliklərə təsir göstərəcəkdir. Əgər göndəriş satıcının sahəsində həyata keçirilirsə, onda satıcı yükləməyə görə məsuliyyət daşıyır. Əgər göndəriş başqa yerdə həyata keçirilərsə, satıcı malın yüklənməsinə görə məsuliyyət daşımır.

Hazırki termin istənilən nəqliyyat növündə daşınmalar, o cümlədən qarışıq daşınmalar zamanı istifadə oluna bilər.

«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını həyata keçirən və ya təmin edən istənilən şəxsi bildirir.

Əgər alıcı malın qəbul edilməsini daşıyıcı sayılmayan digər şəxsə etibar edərsə, onda malın həmin şəxsə ötürülməsi anından etibarən onun göndərişi üzrə satıcının öhdəlikləri yerinə yetirilmiş hesab edilir.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı alıcının xahişinə əsasən onun hesabına və onun riskinə sonuncuya, əgər tələb olunarsa (bax. Giriş b. 14), istənilən ixrac lisenziyalarının və ya malın ixrac edilməsi üçün lazım olan digər rəsmi sənədin alınmasına tam yardım göstərməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
Lakin, ya alıcının xahişinə əsasən,yaxud kommersiya təcrübəsi əsasında, əgər alıcı vaxtında digər göstərişlər verməmişdirsə, satıcı alıcının hesabına və riskinə adi şərtlərlə olan daşınma müqaviləsini bağlamaq hüququna malikdir. Satıcı həmçinin belə müqavilənin bağlınılmasından imtina edə bilər. Belə halda o, bu barədə alıcını dərhal məlumatlandırmalıdır.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Satıcı tərəfindən daşınma müqaviləsinin A.3a) maddəsinə əsasən bağlanıldığı hallar istisna edilməklə, Alıcı öz hesabına malın adı çəkilən yerdən daşınması üzrə müqaviləni bağlamalıdır.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı adı çəkilən yerdə, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddətə, A.3a) maddəsinə müvafiq olaraq, malı daşıyıcıya və ya alıcı tərəfindən qeyd olunan və ya alıcı tərəfindən seçilmiş digər şəxsə təqdim etməlidir.
Göndəriş aşağıdakı hallarda yerinə yetirilmiş hesab edilir:
a) əgər adı çəkilən yer satıcının binasında yerləşirsə:
mal alıcı və ya onun adından fəaliyyət göstərən digər şəxs tərəfindən göstərilən daşıyıcının nəqliyyat vasitəsinə yüklənildikdə
b) əgər adı çəkilən yer satıcının binasından kənarda yerləşirsə:
satıcının nəqliyyat vasitəsindən boşaldılmamış mal daşıyıcının və ya alıcı tərəfindən göstərilən və ya A.3a) maddəsinə əsasən satıcı tərəfindən seçilmiş digər şəxsin sərəncamına verdikdə. Əgər tərəflər göndərişin adı çəkilən yerində hər hansı konkret məntəqə barədə razılaşmamışlarsa, satıcı ona daha münasib olan məntəqəni seçə bilər.
Əgər satıcıya alıcı tərəfindən dəqiq təlimatlar verilməmişdirsə, o, sonrakı nəql üçün malı nəqliyyatın bu növünün və/yaxud malın miqdarının və/yaxud xüsusiyyətinin güman etdiyi üsulla göndərə bilər.

Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirildikdə, qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı ya onun tərəfindən daşıyıcını və ya A.4 maddəsinə müvafiq olaraq digər şəxsi göstərmək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən göstərilən daşıyıcı və ya digər şəxs malı razılaşdırılmış müddətə öz sərəncamına götürə bilməməsi və ya B.7 maddəsinə müvafiq olaraq, onun özünün bildiriş verə bilməməsi səbəbindən – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin başa çatması anından etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac zamanı ödənilməli olan bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsinə çəkilən xərcləri ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun A.4 maddəsinə müvafiq olaraq daşıyıcını və ya digər şəxsi göstərmək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, ya onun tərəfindən göstərilən daşıyıcı və ya digər şəxs malı razılaşdırılmış müddətə öz sərəncamına qəbul edə bilməməsi və ya B.7 maddəsinə müvafiq olaraq, onun özünün bildiriş verə bilməməsi səbəbindən yaranan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi şəkildə məlumatlandırmalıdır. Əgər daşıyıcı malı A.4 maddəsinə müvafiq olaraq razılaşdırılmış müddətə qəbul edə bilmirsə, satıcı müvafiq olaraq bu barədə alıcını məlumatlandırmalıdır.

Alıcı A.4 maddəsində müəyyən olunan daşıyıcının və ya digər şəxsin adı barədə satıcını lazımi şəkildə məlumatlandırmalı və lazım gələrsə, nəqliyyat üsulunu, həmçinin ona malın göndəriş tarixini və ya müddətini və lazım olarsa, malın daşıyıcıya və ya digər şəxsə ötürülməli olduğu yerdəki məntəqəni qeyd etməlidir.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı malın göndərişinin sübutu kimi A.4 maddəsinə müvafiq olaraq adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtonəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, göndərişin sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən A.3 maddəsinə əsasən daşınma müqaviləsinin tərtib edilməsi zamanı onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Alıcı, A.3a) maddəsinə müvafiq olaraq daşınma müqaviləsinin bağlanılmasında satıcının yardımı tələb olunduqda, satıcıya lazımi təlimatları verməyə borcludur.


 

FAS
Free Alongside Ship (... named port of shipment)
Gəmi bortu boyunca sərbəst (... yükləmə limanının adı)

«Gəmi bortu boyunca sərbəst» termini, mal qeyd olunan yükləmə limanında yanalma körpüsündə və ya lixterlərdə gəminin bortu boyunda yerləşdirildikdə göndərişin satıcı tərəfindən yerinə yetirməsini bildirir. Bu, o deməkdir ki, bu andan etibarən bütün xərcləri və malın itməsinin və ya korlanmasının riskləri alıcı tərəfindən ödənilməlidir. FAS termininin şərtlərinə əsasən, malın ixracı üçün gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə qoyulur. BUNUNLA HAZIRKİ NƏŞR «İNKOTERMS»İN ÖTƏN NƏŞRLƏRİNDƏN FƏRQLƏNİR, BELƏ Kİ, ÖTƏN NƏŞRLƏRDƏ İXRAC ÜÇÜN GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ ÜZRƏ VƏZİFƏLƏR ALICININ ÜZƏRİNƏ QOYULURDU. Lakin, əgər tərəflər ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələri alıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (Bax. Giriş b. 11).

Bu termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı ilə daşındıqda tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Alıcı öz hesabına adı çəkilən yükləmə limanından malın daşınması müqaviləsini bağlamalıdır.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı alıcı tərəfindən adı çəkilən yükləmə limanında alıcı tərəfindən adı çəkilən yükləmə yerində göstərilən gəminin bortu boyu və limanın adətlərinə müvafiq olaraq, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddətə malı göndərməlidir.

Alıcı, malın göndərilməsi, A.4 maddəsinə müvafiq olaraq, həyata keçirildikdə qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı ya onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən təyin olunan gəmi vaxtında gəlmədikdə və ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda və ya B.7 maddəsində müəyyən edilmiş vaxtın başlanmasına qədər yükü qəbul etməyi dayandırarsa – A.4 maddəsinə müvafiq olaraq mal göndəriş anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin bitməsindən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), malın ixracı zamanı ödənilməli olan bütün rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun tərəfindən təyin edilən gəmi vaxtında gələ bilmədiyi, ya malı vaxtında qəbul etmək vəziyyətində olmadığı, yaxud, B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vaxt başlanana qədər yükü qəbul etməyi dayandırması səbəbindən və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi vermək öhdəliyini yerinə yetirməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın göstərilən gəminin bortu boyunca göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalıdır.

Alıcı gəminin adı barədə, yük vurma yerində məntəqə və yükləmə vaxtı barədə satıcını lazımi qaydada məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı malın göndərişinin sübutu kimi A.4 maddəsinə müvafiq olaraq adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, göndərişin sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

FOB
Free On Board (... named port of shipment)
Sərbəst gəmi bortunda (... yükləmə limanının adı)

«Sərbəst gəmi bortunda» termini, mal adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirilməsini bildirir. Bu, o deməkdir ki, bu andan etibarən malın itməsi və ya zədələnməsi ilə bağlı bütün xərcləri və riskləri alıcı ödəməlidir. FOB termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələri satıcının üzərinə düşür. Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vasitəsi ilə daşındığı zaman tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən keçirməzlərsə, FCA termini tətbiq olunur.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin, lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Alıcı öz hesabına adı çəkilən yükləmə limanından malın daşınması müqaviləsini bağlamalıdır.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı adı çəkilən limanında, limanın adətlərinə müvafiq olaraq, alıcı tərəfindən göstərilən gəminin bortuna razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləməlidir.

Alıcı, mal A.4 maddəsinə müvafiq olaraq göndərildikdə, onun həyata keçirilməsini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malın adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün risklərini öz üzərinə götürməlidir.

Alıcı ya onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən təyin olunan gəmi vaxtında gəlmədikdə və ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda və ya B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vaxtın başlanmasına qədər yükü qəbul etməyi dayandırarsa – qeyd olunan yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin bitməsindən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – malın A.4 maddəsinə müvafiq olaraq adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçildiyi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri ödəməlidir.

Alıcı: – malın adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun tərəfindən göstərilən gəmi vaxtında gələ bilmədikdə, ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda, yaxud malın qəbulunu, B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş tarixin başlanmasına qədər yükün qəbul edilməsini dayandırdıqda və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliklərinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalıdır.

Alıcı gəminin adı, yük vurma yeri və yükləmə vaxtı barədə satıcını lazımi qaydada məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı malın göndərişinin sübutu kimi, A.4 maddəsinə müvafiq olaraq, adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə daşınma müqaviləsinin bağlanılması üçün nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

A.8 maddəsinə müvafiq olaraq alıcı göndərişin sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

CFR
Cost and Freight (... named port of destination)
Dəyər və icarə (... təyinat limanın adı)

«Dəyər və icarə» termini, mal yükləmə limanında gəminin məhəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirdiyini bildirir.

Satıcı malın təyin olunmuş təyinat limanına çatdırılması üçün lazım olan xərcləri və icarəni ödəməlidir, LAKİN malın itirilməsi və ya zədələnməsi riski, həmçinin malın yüklənməsindən sonra baş verən istənilən əlavə xərclər alıcının üzərinə düşür.

CFR termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi vəzifəsi satıcının üzərinə qoyulur.

Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vasitəsilə daşındığı zaman tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən göndərmək niyyətində olmazlarsa, CPT termini tətbiq olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı, alqı-satqı müqaviləsində qeyd olunan mala uyğun malların daşınması üçün adətən istifadə olunan dəniz (və ya daxili su nəqliyyatı üçün uyğun gələn) gəmisində adi gəmiçilik marşrutu üzrə adı çəkilən təyinat limanına qədər malın daşınmasına dair müqaviləni adi şərtlərlə, öz hesabına bağlamalıdır.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləmə limanında gəminin bortuna yükləməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq mal göndərildikdə, göndərişi qəbul etməli və malı adı çəkilən təyinat limanında daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı malın yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya yükləmənin təfsir olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın gəminin bortuna yüklənməsi xərclərini və razılaşdırılmış boşaltma limanında malın boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşən istənilən tutulmaları ödəməli və – əgər tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin, daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin qeyd-şərtlərini nəzərə almaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat limanına gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri, o cümlədən lixter və yanalma körpüsü yığımlarının ödənilməsi ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarix və ya göndərişin razılaşdırılmış müddəti başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin tərtib edilməsi zamanı satıcının üzərinə qoyulmursa, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın yüklənmə müddətini və/yaxud təyinat limanını müəyyən etmək hüququna malikdirsə – o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı razılaşdırılmış təyinat limanı üçün yazılmış adi nəqliyyat sənədini təxirə salmadan öz hesabına alıcıya təqdim etməlidir. Hazırki sənəd (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) öz hərəkətlərini verilmiş mala tətbiq etməli, malın yüklənməsi üçün razılaşdırılmış müddət hüdudlarında tarixlənməli və alıcıya təyinat limanında malı daşıyıcıdan almaq imkanını verməli və əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcıya malın tranzit daşınması zamanı təslim aktı (geri konosament) yolu ilə və ya daşıyıcının məlumatlandırılması yolu ilə üçüncü şəxsə satmaq imkanı verməlidir. Əgər nəqliyyat sənədinin bir neçə originalı tərtib edilirsə, alıcıya originalların tam komplekti verilməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı malın istənilən yükləmə baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

CIF
Cost, Insurance and Freight (... named port of destination)
Dəyər, sığorta və icarə (... təyinat limanın adı)

«Dəyər, sığotra və icarə» termini, mal yükləmə limanında gəminin mühəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirilməsini bildirir. Satıcı malın qeyd olunan təyinat limanına çatdırılması üçün lazım olan xərcləri və icarəni ödəməlidir, LAKİN həm malın itməsi və ya korlanması riskləri, həm də malın yüklənməsindən sonra baş verən istənilən xərclərin ödənilməsi satıcıdan alıcıya keçir.

Lakin, CIF termininin şərtlərinə əsasən, daşınma zamanı malın itməsi və ya korlanması riskinə qarşı alıcının xeyrinə olaraq dəniz sığortalanmasının alınması öhdəliyi satıcının üzərinə düşür.

Deməli, satıcı sığorta müqaviləsini bağlamalı və sığorta haqqını ödəməlidir. Alıcı nəzərə almalıdır ki, CIF termininin şərtlərinə əsasən, satıcıdan yalnız minimal ödənişli sığortanın təmin olunması tələb olunur (Bax. Giriş b. 9.3).

Əgər alıcı böyük ödənişli sığortaya malik olmaq istəyirsə, o, ya bu barədə satıcı ilə xüsusi olaraq razılaşmalı, yaxud əlavə sığorta müqaviləsinin bağlanılması üçün özü tədbirlər görməlidir.

CIF termininin şərtlərinə əsasən, malın ixracı üçün gömrük rəsmiləşdirilməsi öhdəliyi satıcının üzərinə düşür.

Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vastəsi ilə daşındıqda tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən keçirməklə göndərmək niyyətində olmazlarsa, CIP termini tətbiq olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı, alqı-satqı müqaviləsində qeyd olunan mala uyğun malların daşınması üçün adətən istifadə olunan dəniz (və ya daxili su nəqliyyatı üçün uyğun gələn) gəmisində adi gəmiçilik marşrutu üzrə adı çəkilən təyinat limanına qədər malın daşınmasına dair müqaviləni adi şərtlərlə, öz hesabına bağlamalıdır.
b) Sığorta müqaviləsi
Satıcı öz hesabına – alqı-satqı müqaviləsində razılaşdırıldığı kimi – alıcıya və ya sığorta marağına malik olan digər şəxsə birbaşa olaraq sığortaçıya müraciət etmək imkanı verən şərtlər əsasında yükün sığortalanmasını təmin etməli, həmçinin alıcıya sığorta polisini və ya sığortanın ödənilməsinin digər sübutlarını təqdim etməlidir. Sığortalanma etibarlı sığortaçı və ya sığorta şirkəti tərəfindən həyata keçirilməlidir və əgər əksi barədə xüsusi razılaşma yoxdursa, sığortalanma Yük terminlərinin işlənilməsi İnstitutunun /Institut Cargo Clauses/ (London sığortaçılar Birliyi /Institute of London Underwriters/) və ya istənilən oxşar müqavilələr toplusunun şərtlərinə əsasən, minimal ödənişə müvafiq olaraq, həyata keçirilməlidir. Sığorta ödənişinin davamiyyəti B.4 və B.5 maddələrinə müvafiq olmalıdır. Alıcının tələbinə əsasən və onun hesabına satıcı hərbi risklərdən, tətillərdən, qiyamlardan və digər vətəndaş çaxnaşmalarından, əgər bu mümkündürsə, sığortalamanı həyata keçirməlidir. Sığortalama ən azı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymət üstəgəl 10 % (yəni 110 %) ödənişli olmalı və alqı-satqı müqaviləsinin valyutasında bağlanılmalıdır.

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləmə limanında gəminin bortuna yükləməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq mal göndərişini qəbul etməli və malı adı çəkilən təyinat limanında daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malın yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı malın yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya yükləmənin təyin olun müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın gəminin bortuna yüklənməsi xərclərini və – A.3b) maddəsinə müvafiq olaraq sığortanın əldə olunması ilə bağlı bütün xərcləri ödəməli və – razılaşdırılmış boşaltma limanında malın boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşən istənilən tutulmaları ödəməli, həmçinin – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin qeyd-şərtlərini nəzərə almaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat limanına gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri, o cümlədən lixter və yanalma körpüsü yığımlarının ödənilməsi ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarixdən və ya göndəriş üçün razılaşdırılmış müddətin başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin tərtib edilməsi zamanı satıcının üzərinə düşmürsə, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın yüklənmə müddətini və/yaxud təyinat limanını müəyyən etmək hüququna malikdirsə – o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı razılaşdırılmış təyinat limanı üçün yazılmış adi nəqliyyat sənədini təxirə salmadan öz hesabına alıcıya təqdim etməlidir. Hazırki sənəd (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) öz hərəkətlərini verilmiş mala şamil etməli, malın yüklənməsi üçün razılaşdırılmış müddət hüdudlarında tarixlənməli və alıcıya təyinat limanında malı daşıyıcıdan almaq imkanı verməli və əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcıya malın tranzit daşınması zamanı təslim aktı (geri konosament) yolu ilə və ya daşıyıcının məlumatlandırılması yolu ilə üçüncü şəxsə satmaq imkanı verməlidir. Əgər nəqliyyat sənədinin bir neçə originalı tərtib edilirsə, alıcıya originalların tam komplekti verilməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Sığortanın həyata keçirilməsi üçün alıcı satıcını, onun tələbinə əsasən, bütün lazımi məlumatlarla təmin etməlidir.


 

CPT
Carriage Paid To (... named place of destination)
Daşınma (... təyinat yerinin adı) qədər ödənilib

«Daşınma ... qədər ödənilib» termini, satıcı malı onun tərəfindən adı çəkilən daşıyıcıya çatdıracağını bildirir. Bundan başqa, satıcı malın adı çəkilən təyinat məntəqəsinə daşınması ilə bağlı xərcləri ödəməlidir. Bu, o deməkdir ki, mal daşıyıcıya çatdırıldıqdan sonra, alıcı malın itməsi və ya zədələnməsi ilə bağlı, həmçinin digər xərcləri öz üzərinə götürür.

«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını özü təmin edən və ya təşkil edilməsini öz üzərinə götürən istənilən şəxsi bildirir.

Əgər razılaşdırılmış təyinat məntəqəsinə daşınma bir neçə daşıyıcı tərəfindən həyata keçirilərsə, riskin keçidi malın onlardan birincisinin himayəsinə verilməsi anından baş verəcəkdir.

SRT termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə düşür.

Hazırki termin mal istənilən nəqliyyat vasitəsi ilə, o cümlədən qarışıq daşınma zamanı tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına adi şərtlərlə malın adı çəkilən təyinat yerinə razılaşdırılmış məntəqəyə qədər adi marşrut üzrə və adi qəbul olunmuş üsulla daşınmasına dair müqavilə bağlamalıdır. Əgər belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı, A.3 maddəsinə müvafiq olaraq, daşınma müqaviləsini bağladığı daşıyıcıya, bir neçə daşıyıcı olduğu halda, onlardan birincisinə malı, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında, adı çəkilən yerə nəql olunması üçün təqdim etməlidir.

Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malın göndərişini qəbul etməli və malı adı çəkilən yerdə daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin təyin olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli, həmçinin icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın yüklənməsi və onun təyinat yerində boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən, satıcının üzərinə düşən xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin müddəalarına müvafiq olaraq: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, razılaşdırılmış təyinat yerinə gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri ödəməli və – malın boşaldılması ilə bağlı xərcləri, onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, ödəməli və – razılaşdırılmış tarix başlandığı andan və ya göndəriş üçün razılaşdırılmış müddətin başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin xərclərinə daxil edilməmişdirsə, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın göndərilməsi müddətini və/yaxud təyinat yerini müəyyən etmək hüququna malikdirsə, o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı adi nəqliyyat sənədini və ya A.3 maddəsinə müvafiq olaraq, nəqliyyat sənədlərini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan və alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

CIP
Carriage and Insurance Paid To (... named place of destination)
Daşınma və sığorta (... təyinat yerinin adı) qədər ödənilib

«Daşınma və sığorta ... qədər ödənilib» termini, satıcı malı onun tərəfindən adı çəkilən daşıyıcıya çatdıracağını bildirir. Bundan başqa, satıcı malın adı çəkilən təyinat məntəqəsinə daşınması ilə bağlı xərcləri ödəməlidir. Bu, o deməkdir ki, alıcı malın bu şəkildə çatdırılmasına qədər bütün riskləri və istənilən əlavə xərcləri öz üzərinə götürür. Lakin, CIP şərtlərinə əsasən, malın daşınma zamanı itməsi və ya zədələnməsi risklərindən sığortanın təmin olunması üzrə öhdəliklər də, alıcının xeyrinə olaraq, satıcının üzərinə düşür. Deməli, satıcı sığorta müqaviləsini bağlayır və sığorta haqqlarını ödəyir. Alıcı nəzərə almalıdır ki, CIP termininin şərtlərinə əsasən, satıcıdan minimal ödənişli sığortanın təmin olunması tələb olunur (bax. Giriş b. 9.3).

Əgər alıcı böyük ödənişli sığortaya malik olmaq istəyirsə, o, ya bu barədə satıcı ilə xüsusi olaraq razılaşmalı, yaxud əlavə sığorta müqaviləsinin bağlanılması üçün özü tədbirlər görməlidir.

«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını özü təmin edən və ya təşkil edilməsini öz üzərinə götürən istənilən şəxsi bildirir.

Əgər razılaşdırılmış təyinat məntəqəsinə daşınma bir neçə daşıyıcı tərəfindən həyata keçirilərsə, riskin keçidi malın onlardan birincisinin himayəsinə verilməsi anından baş verəcəkdir.

SIR termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə düşür.

Hazırki termin malın istənilən nəqliyyat vasitəsi, o cümlədən qarışıq daşınma zamanı tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına adi şərtlərlə malın adı çəkilən təyinat yerinə razılaşdırılmış məntəqəyə qədər adi marşrut üzrə və adi qəbul olunmuş üsulla daşınmasına dair müqavilə bağlamalıdır. Əgər belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi
Satıcı öz hesabına – alqı-satqı müqaviləsində razılaşdırıldığı kimi – alıcıya və ya sığorta marağına malik olan digər şəxsə birbaşa olaraq sığortaçıya müraciət etmək imkanı verən şərtlər əsasında yükün sığortalanmasını təmin etməli, həmçinin alıcıya sığorta polisini və ya sığortanın ödənilməsinin digər sübutlarını təqdim etməlidir. Sığortalanma etibarlı sığortaçı və ya sığorta şirkəti tərəfindən həyata keçirilməlidir və əgər əksi barədə xüsusi razılaşma yoxdursa, sığortalanma Yük terminlərinin işlənilməsi üzrə İnstitutunun /Institut Cargo Clauses/ (London sığortaçılar Birliyi /Institute of London Underwriters/) və ya istənilən oxşar müqavilələr toplusunun şərtlərinə əsasən, minimal ödənişə müvafiq olaraq, həyata keçirilməlidir. Sığorta ödənişinin davamiyyəti B.4 və B.5 maddələrinə müvafiq olmalıdır. Alıcının tələbinə əsasən və onun hesabına satıcı hərbi risklərdən, tətillərdən, qiyamlardan və digər vətəndaş çaxnaşmalarından, əgər bu mümkündürsə, sığortalamanı həyata keçirməlidir. Sığortalama ən azı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymət üstəgəl 10 % (yəni 110 %) ödənişli olmalı və alqı-satqı müqaviləsinin valyutasında bağlanılmalıdır.

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı, A.3 maddəsinə müvafiq olaraq, daşınma müqaviləsini bağladığı daşıyıcıya, bir neçə daşıyıcı olduğu halda, onlardan birincisinə malı, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında, adı çəkilən təyinat yerində razılaşdırılmış məntəqəyə nəql olunması üçün təqdim etməlidir.

Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malın göndərişini qəbul etməli və malı adı çəkilən təyinat yerində daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin təyin olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli, həmçinin icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın yüklənməsi və onun təyinat yerində boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən, satıcının üzərinə düşən xərcləri ödəməli və – A.3a) maddəsindən meydana çıxan sığortalama üzrə xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat yerinə malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarixin hesablanması anından və ya yükləmə üçün razılaşdırılmış müddət başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri – əgər onlar daşınma müqaviləsinin xərclərinə daxil edilməmişdirsə, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın göndərilməsi müddətini və/yaxud təyinat yerini müəyyən etmək hüququna malikdirsə, o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı adi nəqliyyat sənədini və ya A.3 maddəsinə müvafiq olaraq, nəqliyyat sənədlərini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi bu ticarət sahəsində adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını istənilən əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Alıcı əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə satıcını təmin etməlidir.


 

DAF
Delivered At Frontier (... named place)
Sərhədə qədər göndəriş (... göndəriş yerinin adı)

«Sərhədə qədər göndəriş» termini, satıcı ixrac üçün gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin idxal üçün hələ rəsmiləşdirilməmiş, boşaldılmamış malı gətirildiyi nəqliyyat vasitəsində malın qarşı tərəfin gömrük sərhədinə çatdırılmasına qədər sərhəddə adı çəkilən məntəqədə və ya yerdə alıcının sərəncamına verdikdə, göndərişin yerinə yetirdiyini bildirir. «Sərhəd» termini dedikdə, istənilən sərhəd, o cümlədən, ixracat ölkəsinin sərhədi nəzərdə tutulur. Buna görə də, konkret məntəqənin və ya yerin adının göstərilməsi yolu ilə sərhədin dəqiq müəyyənləşdirilməsi çox vacibdir.

Lakin, əgər tərəflər malın gətirildiyi nəqliyyat vasitəsindən boşaldılması öhdəliyini satıcının öz üzərinə götürməsini və belə boşaldılmaya görə bütün riskləri və xərcləri onun tərəfindən ödənilməsini istəyirlərsə, bu, alqı-satqı müqaviləsinə edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (Bax. Giriş b. 11).

Hazırki termin mal quru sərhədinə qədər göndərildikdə, malın istənilən növ nəqliyyat vasitəsi ilə gətirildiyi zaman tətbiq oluna bilər.

Əgər göndəriş təyinat limanında, gəminin bortunda, yaxud yanalma körpüsündə baş verəcəksə, bu zaman DES və ya DEQ termini tətbiq olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya malın alıcının sərəncamına verilməsi üçün tələb olunan digər rəsmi şəhadətnamələri almalıdır. Satıcı, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın sərhəddə adı çəkilən göndəriş yerində ixracı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun sonrakı daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
i) Satıcı öz hesabına adi şərtlərlə təyinat məntəqəsinə, əgər beləsi sərhəddə göndəriş yerində mövcuddursa, malın göndərişinə dair daşınma müqaviləsini bağlamalıdır. Əgər sərhəddə adı çəkilən göndəriş yerində belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
ii) Satıcı, alıcının xahişinə əsasən, onun riskinə və onun hesabına malın sərhəddə adı çəkilən yerdən idxalat ölkəsində alıcı tərəfindən adı çəkilən son təyinat yerinə qədər sonrakı nəqli barədə daşınma müqaviləsi də bağlaya bilər. Satıcı həmçinin belə müqavilənin bağlanılmasından imtina edə bilər, bu halda, o, bu barədə alıcını lazımi şəkildə məlumatlandırmalıdır.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı boşaldılmamış yükü gətirildiyi nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya müddətdə sərhəddə qeyd olunan göndəriş məntəqəsində alıcının sərəncamına verməlidir.

Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmişdirsə, qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, mal, A.4 maddəsinə müvafiq olaraq, göndərildiyi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) – gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən sərhəddə təyin olunmuş yerdə nəqliyyat vasitəsindən malın göndərişinin qəbul olunması üçün malın lazım olan boşaldılması üzrə xərcləri ödəməli və – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsindan sonra onu qəbul etmək və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun sonrakı daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsindən ötrü ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın sərhəddə qeyd olunan yerə göndərilməsi barədə lazımi qaydada məlumatlandırmalı, həmçinin alıcıya göndərişin qəbul olunması üçün tələb olunan digər bildirişləri göndərməlidir.

Alıcı, əgər o, şərtləşdirilmiş müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən yerə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

i) Satıcı öz hesabına adi sənəd və ya A.3a)i) maddəsinə müvafiq olaraq sərhəddə adı çəkilən yerə malın göndərişinin digər sübutunu təqdim etməlidir.
ii) Satıcı – əgər tərəflər malın A.3a)ii) maddəsinə müvafiq olaraq sərhəddə adı çəkilən yerdən sonrakı nəqli barədə razılaşmışlarsa – alıcıya öz hesabına və onun riskinə, ixracat ölkəsindəki göndəriş məntəqəsindən idxalat ölkəsində alıcı tərəfindən göstərilən son təyinat yerinə qədər adi şərtlərlə malın daşınmasının göndəriş ölkəsində adətən alınan tranzit-nəqliyyat sənədini təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı nəqliyyat sənədini və/yaxud A.8 maddəsinə müvafiq olaraq, göndərişin digər sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın sərhədə qədər daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi razılaşdırılmış və ya adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəql edilməyə (daşınma üsullarına, təyinat yerinə) dair şəraitdə həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Lazım gələrsə, A.3a)ii) maddəsinə müvafiq olaraq, satıcıya, onun xahişinə əsasən, lakin alıcının hesabına və riskinə, valyuta icazələrini, digər icazələri və sənədləri və ya onların təsdiq edilmiş surətlərini, həmçinin tranzit nəqliyyat sənədinin və ya A.8ii) maddəsində nəzərdə tutulan istənilən digər sənədin alınması üçün idxalat ölkəsində malın son təyinat məntəqəsinin ünvanını təqdim etməlidir.


 

DES
Delivered Ex Ship (... named port of destination)
Gəmidən göndəriş (... təyinat limanının adı)

«Gəmidən göndəriş» termini, satıcı idxal üçün gömrük rəsmiləşdirilməsindən keçməmiş malı adı çəkilən təyinat limanında gəminin bortunda alıcının sərəncamına verdikdə, göndərişi yerinə yetirdiyini bildirir. Satıcı malın boşaldılması anına qədər onun adı çəkilən təyinat limanına çatdırılması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Əgər tərəflər malın boşaldılması ilə bağlı bütün xərclərin və risklərin satıcının öz üzərinə götürməsini istəyərlərsə, DEQ termini tətbiq olunmalıdır.

Hazırki termin yalnız mal təyinat limanına gəmi vasitəsilə gətirildikdə, dəniz və ya daxili su nəqliyyatı və ya qarışıq daşınmalar vasitəsilə daşınması zamanı tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və ya digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), sərhəddə malın ixracı üçün tələb olunan və lazım gəldiyi hallarda, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına malın adı çəkilən təyinat limanında, əgər beləsi mövcuddursa, adı çəkilən məntəqəyə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat limanında onun üçün daha münasib məntəqəni seçə bilər.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı adı çəkilən təyinat limanında razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında malı, A.3a) maddəsinə müvafiq olaraq, boşaldılma məntəqəsində gəminin bortunda alıcının sərəncamına elə təqdim etməlidir ki, malın mövcud xüsusiyyətinə əsasən, malın boşaltma vasitələri ilə gəmidən çıxarılması imkanı mövcud olsun.

Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirildikdə, qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Alıcı – onun tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir – göndərişin razılaşdırılmış tarixinin başa çatması anından və ya razılaşdırılmış müddətinin başa çatma tarixindən etibarən malın itməsi və ya zədələnməsi ilə bağlı bütün riskləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) – həm gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həm də malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit göndərişi zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən göndərişin qəbul olunması üçün gəmidən malın lazım olan boşaldılması üzrə xərcləri ödəməli və – malın, A.4 maddəsinə müvafiq olaraq, sonuncu onun sərəncamına təqdim edildikdən sonra malı qəbul etmək və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın A.4 maddəsinə müvafiq olaraq göstərilən gəminin gəlməsinin güman edilən tarixi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin göndərişin qəbul olunması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan digər bildirişləri ona göndərməlidir.

Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat limanına göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, təyinat limanında alıcıya malın daşıyıcıdan tələb etmək imkanının verilməsi üçün, alıcıya öz hesabına deliveri-order və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

DEQ
Delivered Ex Quay (... named port of destination)
Yanalma körpüsündən göndəriş (... təyinat limanın adı)

«Yanalma körpüsündən göndəriş» termini, idxal üçün gömrük rəsmiləşdirilməsindən keçməmiş mal adı çəkilən təyinat limanında yanalma körpüsündə alıcının sərəncamına təqdim edildikdə, satıcı göndəriş üzrə öz öhdəliklərini yerinə yetirdiyini bildirir. Satıcı malın yanalma körpüsünə nəql edilməsi və boşaldılması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. DEQ termininə əsasən, malın idxal üçün gömrük rəsmiləşdirilməsi, həmçinin idxal zamanı vergilərin, rüsumların və digər yığımların ödənilməsi öhdəlikləri alıcının üzərinə düşür.

Lakin, əgər tərəflər malın idxalı üzrə bütün xərcləri və ya onların bir hissəsini satıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə (Bax. Giriş b. 11) edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır.

Hazırki termin yalnız dəniz və ya daxili su nəqliyyatı ilə daşınma zamanı, mal təyinat limanında yanalma körpüsündə gəmidən boşaldıldıqda, tətbiq oluna bilər. Lakin, əgər tərəflər satıcının öhdəliklərinə malın körpüdən limandakı digər yerə (anbara, terminala və s.) və ya limandan kənara yerdəyişməsi ilə bağlı riskləri və xərcləri daxil etmək istəyərlərsə, DDU və DDP terminlərindən istifadə olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və ya digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün tələb olunan və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına malın adı çəkilən təyinat limanında adı çəkilən yanalma körpüsünə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər xüsusi yanalma körpüsü razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat limanında onun üçün daha münasib yanalma körpüsünü seçə bilər.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında malı, A.3a) maddəsinə müvafiq olaraq, yanalma körpüsündə alıcının sərəncamına təqdim etməlidir.

Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malı qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malı göndərməli və A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – göndərişin razılaşdırılmış tarixinin və ya razılaşdırılmış müddətinin başa çatması anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan xərclərə əlavə olaraq, malın, A.4 maddəsinə müvafiq olaraq, yanalma körpüsünə göndəriş anına qədər malın göndərişi ilə bağlı bütün xərcləri ödəməlidir və – əgər tələb olunarsa (bax. Giriş b. 14), – gömrük rəsmiyyətlərinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun, A.4 maddəsinə müvafiq olaraq, göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və sair yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən malın sonrakı nəqlinə və ya anbarda və ya terminalda yerləşdirilməsinə qədər onun limanda dövriyyəsi ilə bağlı bütün xərcləri ödəməli və – mal, B.7 maddəsinə müvafiq olaraq, onun sərəncamına təqdim edildikdən sonra onu qəbul etmək ödhəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və onun sonrakı nəqli üçün ödənilməli olan gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın A.4 maddəsinə müvafiq olaraq göstərilən gəminin gəlməsinin güman edilən tarixi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin göndərişin qəbul olunması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan digər bildirişləri göndərməlidir.

Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat limanına göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, təyinat limanında alıcıya malın göndərişini qəbul etmək və onu yanalma körpüsündən çıxarmaq imkanının verilməsi üçün, alıcıya öz hesabına deliveri-order və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

DDU
Delivered Duty Unpaid (... named place of destination)
Rüsum ödənilmədən göndəriş (... təyinat yerinin adı)

«Rüsum ödənilmədən göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçməmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyinat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, (əgər tələb olunarsa) (Bax. Giriş b. 14) təyinat ölkəsində idxal üçün yığılan bütün yığımlar («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, həmçinin gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumlarının, vergilərin və digər yığımların ödənilməsinə görə məsuliyyət və risklər başa düşülür) istisna edilməklə, bu yerə qədər malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Alıcı belə yığımlara görə, həmçinin idxal üçün gömrük rəsmiləşdirilməsini vaxtında keçə bilməməsi ilə bağlı meydana çıxan digər xərclər və risklərə görə məsuliyyət daşımalıdır.

Lakin, əgər tərəflər gömrük rəsmiləşdirilməsi üzrə riskləri və xərcləri, həmçinin malın idxalı üzrə xərcləri satıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə edilən müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır. (Bax. Giriş b. 11).

Malın boşaldılması və təkrar yüklənməsinə görə məsuliyyət, risklər və xərclər seçilmiş göndəriş yerinin kimin nəzarəti altında olmasından asılıdır.

Hazırki termin nəqliyyat növündən asılı olmayaraq tətbiq oluna bilər, lakin göndəriş gəminin bortunda və ya təyinat limanında yanalma körpüsündə həyata keçirilərsə, DES və ya DEQ terminləri tətbiq edilməlidir.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına malın adı çəkilən təyinat yerinə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər xüsusi məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı yükü gətirildiyi istənilən nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya göndəriş üçün razılaşdırılmış müddət hüdudlarında adı çəkilən göndəriş məntəqəsində alıcının və ya alıcı tərəfindən göstərilən digər şəxsin sərəncamına boşaldılmamış şəkildə təqdim etməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmiş mal göndərişini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı malı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, göndərməli və A.4 maddəsinə müvafiq olaraq, onun göndəriş anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə – bu şəkildə mala dəymiş itkilər və zədələnmələrlə bağlı bütün əlavə riskləri ödəməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı andan etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) –ixrac üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – malın B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyini yerinə yetirmədikdə, bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər xərcləri, həmçinin malın idxalı zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın göndərilməsi barədə lazımi qaydada məlumatlandırmalı, həmçinin malın göndərişinin qəbul olunması üçün adi lazımi tədbirlərin həyata keçirilməsi üçün ona tələb olunan digər bildirişləri alıcıya göndərməlidir.

Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat yerinə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, A.4/B.4 maddələrinə müvafiq olaraq, malın göndərişi üçün alıcıya tələb oluna bilən deliveri-orderi və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, tələb olunan deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.


 

DDP
Delivered Duty Paid (... named place of destination)
Rüsum ödənilməklə göndəriş (...təyinat yerinin adı)

«Rüsum ödənilməklə göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyinat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri, o cümlədən (tələb olunarsa) (Bax. Giriş b. 14) təyinat ölkəsinə idxal üçün istənilən yığımları («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, həmçinin gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumlarının, vergilərin və digər yığımların ödənilməsinə görə məsuliyyət və risklər başa düşülür) ödəməlidir.

EXW termini satıcının üzərinə minimal öhdəliklər qoyduğu halda, DDP termini satıcının maksimal öhdəliklərini güman edir.

Əgər satıcı birbaşa və ya dolayısı ilə idxal lisenziyasının alınmasını təmin edə bilmirsə, Hazırki termin tətbiq edilə bilməz.

Əgər tərəflər, idxal zamanı ödənilməli olan xərclərdən bəzilərinin satıcının öhdəliklərindən çıxarmaq barədə razılaşarlarsa (məsələn, əlavə dəyər vergisi – ƏDV), bu, alqtı-satqı müqaviləsində dəqiq müəyyənləşdirilməlidir (Bax. Giriş b. 11).

Əgər tərəflər malın idxalı üzrə bütün riskləri və xərcləri alıcının öz üzərinə götürməsini istəyərlərsə, bu zaman DDU termini tətbiq olunmalıdır. Hazırki termin nəqliyyat növündən asılı olmayaraq tətbiq oluna bilər, lakin göndəriş gəminin bortunda və ya təyinat limanında yanalma körpüsündə həyata keçirilərsə, DES və ya DEQ terminləri tətbiq edilməlidir.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac və idxal lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı və idxalı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı, əgər bu, tələb olunarsa (Bax. Giriş b. 14), satıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün tələb olunan istənilən idxal lisenziyasının və ya digər rəsmi şəhadətnamənin alınmasında tam yardım göstərməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına malın adı çəkilən təyinat yerinə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər xüsusi məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı yükü gətirildiyi istənilən nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya göndəriş üçün razılaşdırılmış müddət hüdudlarında adı çəkilən göndəriş məntəqəsində alıcının və ya alıcı tərəfindən göstərilən digər şəxsin sərəncamına boşaldılmamış şəkildə təqdim etməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmiş mal göndərişini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malı göndərməli və A.4 maddəsinə müvafiq olaraq, onun göndəriş anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün risklərini öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə – bu yolla mala dəymiş itkilər və zədələnmələrlə bağlı bütün əlavə riskləri ödəməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı andan etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) –ixrac və idxal üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və idxalı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı, A.3a) maddəsinin müddəalarına müvafiq olaraq: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə, bütün əlavə xərcləri ödəməlidir və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş göndərməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın göndərilməsi barədə lazımi şəkildə məlumatlandırmalı, həmçinin malın göndərişinin qəbul olunması üçün adi lazımi tədbirlərin həyata keçirilməsi üçün tələb olunan digər bildirişləri alıcıya göndərməlidir.

Alıcı, əgər o, şərtləşdirilmiş müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat yerinə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, A.4/B.4 maddələrinə müvafiq olaraq, malın göndərişi üçün alıcıya tələb oluna bilən deliveri-orderi və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, tələb olunan deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, B.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin satıcıya alıcı tərəfindən onun yardım göstərilməsi nəticəsində çəkilən bütün xərcləri ödəməlidir. Satıcı sığortanın həyata keçirilməsi üçün lazım olan məlumatlarla alıcını təmin etməlidir.

Alıcı, Satıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın bu şəkildə alıcının sərəncamına təqdim edilməsi üçün idxalat ölkəsində verilən və ya ötürülən, satıcıdan tələb oluna biləcək istənilən sənədlərin və ya onlara ekvivalent olan elektron bildirişlərin alınmasında tam yardım göstərməlidir.

 

 
Azərbaycan
   Azərbaycan
   Prezident
   Heydər Əliyev
   Qarabağ münaqişəsi - Hadisələrin xülasəsi
   İstinadlar

Bayram günləri


Əmək təminatı
   Anketi doldur
   Vakansiyalar

Kommunikasiya mərkəzi

NETTY mükafatçısı


Hava haqqında



 
  KavkazWeb         ILK-10 Azeri Website Directory      
© 2009, «VneshExpertService» LLC
All rights reserved
3 Inshaatchilar pr., AZ1073, Baku, Azerbaijan
Tel.: +994 12 492 92 77
Fax: +994 12 492 92 88
Created & powered by ExtraWeb.az